BİR ŞAİR, BİR ŞEİR -Ağrının simptomları Featured

 İlkin Vəliyev, “Ədəbiyyat və incəsənət”

 

 

Ağrının simptomları məlumdur da. Sancı, narahatçılıq, kəskin həmlə… Bəs ədəbiyyatda o necə təcəssüm olunur? Onda lütfən bu şeiri oxuyun.

 

Bəlkə göz yaşlarım bir savab olar

Susuz qalan uşaq içəndən sonra.

Bizim aramızdan su keçsə nolar...

O boyda dəryalar keçəndən sonra.

 

Heçnələr dəyişir bəzən hər şeyi,

Onda gözüm baxmır, danışmır dilim.

Mənə “Yüz yaşa” yox, “Düz yaşa” deyin

Deyin ki, dayanım, yaşaya bilim.

 

Günəş sən gedəndən olubdur dəli,

Ora-bura qaçır, gəlməyir ələ!

Mən sənə “Günaydın” söyləməyəli,

Günün aydın olur?

-De görüm hələ...

 

Ayrılıq bir fildir, eşq qarışqadır

Ayrılıq eşq üstə minib elə bil.

Ya məni yaradan Tanrı başqadır,

Ya səni yaradan Tanrı, o deyil...

 

“Ədəbiyyat və incəsənət”

(20.02.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.