POLEMİKA - İrəli getmək üçün səni ayaqda tutan təkanlar gərəkdir Featured

Murad Vəlixanov, “Ədəbiyyat və İncəsənət” 

 

Bu həyat Yusifin içinə düşüb də çıxa bilmədiyi quyu, ölüm isə pusquda dayanıb ovunu gözləmləyən mahir bir ovçudur. 

 

Nəticədə hərə bir cana borculudur. ALLAH sənə verdiyi bu quru canı bir gün geri alacaq. 

Bəs bu müddət yetənə qədər necə mübarizə aparmalı? 

Olduğumuz ortamla necə ayaqlaşmalı? 

Və ən önəmlisi çətinliklərin öhdəsindən necə gəlməli? 

Bu suallara müxtəlif misallar və düşüncələrlə cavab tapmağa çalışacağam. Ta əzəldən insan adlanan varlıq doğulur, böyüyür, oxuyur, təhsil alır və ailəsini, həm də özünü dolandırmaq üçün zəhmətə qatlaşır. Ali təhsil alanlar da işləyir dedik, elədir? Öz ixtisasına uyğun iş tapa bilməyənlər məcbur olub fərqli addımlar atmalı olur. Ya özünə kiçik mağaza açıb onunla dolanmağa çalışır, ya da... ikinci versiyalar hər zaman təhlükə ərz edir. Hər nə qədər  “hərşey yaxşıdır, dolanışıq var” desək də pərdənin digər tərəfində baş verənlər əslində nə dərəcədə çətinliklərlə mübarizə apardığımızın bir göstəricisidir. Yaşam  tərzin nə olursa olsun insan irəli getməlidir deyirlər. Amma irəli getmək üçün də səni ayaqda tutan təkanlar gərəkdir. Sən işləyib qazandığın halda o qazanc məsrəfsiz şeylərə xərclənilirsə və günün sonunda “hara gedir bu pullar” deyilirsə, deməli tərs gedən bir şeylər var. Axırda da məcbur olub ətrafından qazancını gizlətməli olursan, onda da adın olur “pul davakarı”. 

Xeyir, pul davakarı deyilik, sadəcə hər şeyin qədrini bilmək gözəl şeydir. Sabah o yığılan pul daha yaxşı məqsədlər üçün xərclənə bilər. Sabah xəstələnib əldən düşəndə dəyməyəcək insanlara ağız açmamaq üçün ən ideal variant elə bəzilərindən qazancını gizlətməkdir. 

Bəlkə də düşüncə və məntiq olaraq yanış  olduğumuz bu gərgin ortamda verilə biləcək ən sağlam qərarlardan biridir. 

Kollektivlik deyəndə nə başa düşülür? Dərdini, problemini, hətta gülüşünü belə paylaşa bildiyin yeganə sakit ortamdır. Bəs məcburiyyət qarşısında qalıb kollektivimizi dəyişmişikmi? Bəli, çox zaman istəməyə-istəməyə bu addımı atmışıq. Bu addımın ən çətin mərhələsi də elə bu addımdan sonra başlayır. Yeni ortam, yeni insanlar, yeni mübarizə alanı. Bu, bir evin doğru yerləşdirilən əşyalarını başdan ayağa dəyişdirməyə bərabərdir. Ortada isə iki nəticə qalır. Ya rəzil olursan, ya da vəzir. Çox zaman yeni kollektiv sənə və yaşamına müsbət şeylər qatır, çox zaman isə ağlın köhnə ortamda qalır və yeni insanlarla ayaqlaşa bilmirsən. Ona görə də çalışaq ortamımızı, insanımızı, kollektivimizi düzgün seçək ki, sonda dava düşməsin. Sürünsən də, uçsan da, qaçsan da, mübarizədən vaz keçmə. Nəticədə yaşam şansı insana bir dəfə verilir. Hər anın qədrini bil, hər anı gözəl və gülərək yaşa. 

 

“Ədəbiyyat və İncəsənət” 

(10.01.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.