Zəhra Allahverdiyeva, “Ədəbiyyat və İncəsənət"
SUAL
Dünyasını dəyişmiş hansı məşhur şəxslə görüşmək istəyərdiniz?
Onun hansı əməli, hansı işi sizi bu qədər təsirləndirib ki, məhz onu görmək istəyirsiniz?
Ondan hansı sualınıza cavab almaq istəyərdiniz?
CAVAB
Mən 14-cü əsrdə yaşamış azərbaycanlı hürufi, məzhəbli divan şairi İmadəddin Nəsimi ilə görüşmək istərdim.
Çünki o elə şairdir ki, yazdığı hər şey dini, fəlsəfi və elmi əsaslıdır.
Bəs Nəsimi nə edib?
O, hürufilik inancını yaymaq üçün şeirlər yazmış və bu inancı yaymaq üçün Azərbaycan, İran və ərəb ölkələrinə gedib.
Nəsimi öz ideyalarını yaymaq üçün şair kimi gücündən istifadə edib. Onun “Allahın insan simasında təzahür etməsi”, “bədənin bütün üzvlərini hərflərlə izah etməsi” kimi fikirlərinə dövrün dini rəhbərləri tərəfindən reaksiya verilib. Bir müddət sonra Hələb üləması onun fikirlərinin İslama zidd olduğunu iddia edərək öldürülməsinə fətva verib. O, 1417-ci ildə Misirin Çərkəz qul hökmdarı Müavyed Şeyxin razılığını almış regent Əmir Yeşbək tərəfindən başı kəsilərək dərisi soyularaq öldürülür.
Nəsiminin cəsədi Hələbdə 7 gün ifşa edilmiş, sonra cəsədi parçalanmış və bir parçası inanclarını pozduğu düşünülən Şehsüvaroğlu Əli bəyə, qardaşı Nasırüddin və Qara Yülük Osman bəyə göndərilir.
K.Ə.Kürkçüoğlu Abbas əl-Əzzaviyə istinadən deyirdi:
“Nəsimi olmasaydı, hürufilik bu qədər geniş yayılmaz və zamanımıza da gəlib çata bilməzdi."
Heç şübhəsiz ki, “Hədisi-Qüdsi”dəki bu məşhur fikir İnsanın Yer üzərindəki missiyasını tamamilə izah etməyə qadirdir. Bu hədisdə Tanrının dilindən deyilir:
“Mən gizli bir xəzinə idim. Özümü tanıtmaq istədim və bunun üçün insanları yaratdım.”
Bir hədisdə deyilir:
“Həzrət Əlidən soruşdular: “Tanrını gördünmü?” Cavab verdi: “Mən görmədiyim Tanrıya ibadət etmərəm.” Soruşdular: “Bəs Tanrını necə gördün?” Dedi: “Qəlbimin gözü ilə.”
Tanrını “görmək” məhz budur: qəlbində olan, özündə olan, içində olan, sənə səndən yaxın olan, sənə “boynunun şah damarından daha yaxın olan” (Qurani-Kərim) Tanrını görməyə, onun varlığını hər an hiss etməyə bilməzsən! Böyük Türk şairi Yunus Əmrə (XIII yüzil) necə deyirdi:
Bəni bəndə bilmə, bəndə deyilim,
Bir bən vardır bəndə bəndən içəri!
Nəsiminin fars dilində olan həmin qəzəldə belə bir beyt vardı:
Həqbin nəzəri bayəd ta ruye məra binəd,
Çeşmi ke bovəd xodbin key ruye xoda binəd?
(Mənim üzümü görmək üçün haqqı (Tanrını) görən göz gərəkdir,
Yalnız özünü görən göz Tanrını necə görə bilər? )
Ondan hansı sualıma cavab almaq istərdim?
Niyə canınız bahasına ödəməli olsanız da , cəmiyyəti cəhalətdən islah etmək üçün çalışdınız?
Cəmiyyətin sizin fikrinizi almağı əsrlər çəkdi. Ədəbiyyatımızda da bu gün əvəzedilməz rolu var. Bəs ölü və diri olmaq fikrin qiymətini artırırmı?
Sizə işgəncə veriləndə nə hisslər keçirdirdiniz?
Əgər hürufilik inancı yaranmasaydı, siz yenə də cəmiyyəti cəhalətdən xilas etmək üçün yol tapardızmı?
Yoxsa yolunuzda hürufiliyin rolu danılmazdır?
“Ədəbiyyat və incəsənət”
(30.04.2024)