KİTAB BAYRAMINDA kitab haqqında aforizmlər Featured

Famil Hacısoy, “Ədəbiyyat və incəsənət”

 

Dünya ədəbiyyatında simvolik tarix kimi qəbul olunan  23 Aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü 1995-ci ildə UNESCO tərəfindən təsdiq edilmişdir. Azərbaycanda isə bu əlamətdar tarix 1997-ci ildən başlayaraq hər il qeyd edilir. Bu münasibət ilə aşağıdakı aforizmləri təqdim edirik.

 

1. “Oxuyun... Özünüzü heç vaxt tənha hiss etməyəcəksiniz.” (UNESCO-nun yaydığı məlumatdan)

 

2. “İnsanın öz ruhunun gücü ilə yaratdığı və əvəzində təbiətdən heç bir bəxşiş almadığı aləmlərin ən qüdrətlisi kitab dünyasıdır. …əgər hər kimsə kiçik bir məkanda, deyək ki, evdə və ya otaqda, bütün bəşər tarixini bir yerə toplamağa tamah etsə, o öz məqsədinə yalnız bir vasitə ilə – kitabxana yığmaqla çata bilər.”  (Nobel mükafatçısı Alman yazıcısı Herman Hesse)

 

3. “Əsl xəzinə yaxşı kitabxanadır” (Rus tənqidçisi V.Belinski)

 

4. “Kitablar ruhun aynasıdır.” (Modernizm ədəbi cərəyanın nümayəndəsi Vircina Vulf)

 

5. “Kitaba malik olmamaq əqli yoxsulluğun ən yüksək dərəcəsidir.” (C. Reskin)

 

6. “Yaxşı kitablar oxumaq keçmiş əsrlərin ağıllı adamları ilə söhbət etmək deməkdir.” (İngilis fizik və riyaziyyatçısı İsaak Nyuton)

 

7. “Kitabsız bir ömrün nə mənası var?” (S. Vurğun)

 

8. Kitab bilik mənbəyidir. (Maksim Qorki)

 

9. “Qəpiklər manat əmələ gətirdiyi kimi, kitab oxumaq da bilik əmələ gətirir.” (V. L. Dal)

 

10. “Kitablar bizi ötən əsrlərin mənəvi varisi edir.” (N. Vəzirov)

 

11. “Nə bilir oxumayan müshəfi-hüsnün şərhin?” (M. Füzuli)

 

“Ədəbiyyat və incəsənət”

(23.04.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.