Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Xaşın digər reseptlə
hazırlanma qaydasını təqdim edəcəyik.
Nuş olsun!
DÜSTUR
§ Qoyun başı – 214 qr
§ Qoyun ayaqları – 179 qr
§ Qarın – 45 qr
§ Duz – 6 qr
HAZIRLANMASI:
Qoyunun baş-ayağı təmizlənir, doğranır. Qoyunun qarnı isti suda təmizlənir, içinə doğranmış baş-ayaq doldurulur, 3-4 diş sarımsaq, duz əlavə olunur. Qarının ağzı sap və ya bağırsaqla bağlanır. Qazana yığılır, üzərinə su əlavə olunur və bişməyə qoyulur. Bişdikdən sonra siniyə qoyulur və süfrəyə verilir.
“Ədəbiyyat və incəsənət”
(21.10.2024)