FİLMLƏR - Əzm və çempionluq: “Karateçi uşaq” Featured

Murad Vəlixanov,  “Ədəbiyyat və İncəsənət” 

 

2010-cu ildə rejissor Harald Zvartın ekran əsəri olaraq ekranlara çıxan “Karateçi uşaq”  filmi barədə danışmaq istəyirəm.  Film əsasən Çinin Pekin şəhərində çəkilib. Filmin çəkilişləri 2009-cu ilin iyul ayında başlayıb və  elə həmin ilin oktyabr ayında bitib.  Filmin premyerası 2010-cu ilin iyun ayında baş tutub.

 

Atasının ölümündən və Detroytdakı zavodun bağlanmağından sonra 12 yaşlı Dre Parker anası Şerri ilə birlikdə Detroytdan Çinin Pekin şəhərinə köçür. Nəzarətçi onları evlərinə aparır. Xarab olan əşyanı düzəltmək üçün anası Dreni Mr. Hanı çağırmağa göndərir. Dre Mr.Hanı çağırdıqdan sonra parka gedir. Burada o, skripkaçı Mei Yinq ilə dostlaşır. Lakin çox keçmir ki, o, xuliqanlar bandasının başçısı Çenq ilə də tanış olur. Çenq onu vurur. Əvəz çıxmaq istəyən Dredə əlbəyaxa döyüşlərə, xüsusən də Kunq Fuya həvəs yaranır. O, Kunq Fu məktəbinə gedir və oradakı otaqlara baxır, bura onun təzəcə xoşuna gəlmişdi ki, burada Çenqi görür, buranı dərhal tərk edir. Qadağan olunmuş şəhərdən çıxdıqdan sonra Dre Çenq və dostlarını görür. O, vedrədəki suyu onların üstünə tökür, bunu görən Çenq Dreni vurur. Çox keçmir ki, Mr.Han gəlib Çenq və dostları ilə vuruşur. Sonra Mr. Han onu evə aparır və Drenin zədələnən yerini Çin təbabəti ilə müalicə edir. Dre Mr.Hana Çenqin müəllimi Master Li ilə görüşməyi təklif edir. Onlar görüşdə Drenin də Kunq Fu yarışına getməsini qərara alırlar. Və Dreni bu yarışmaya Mr.Han hazırlaşdıracaqdı…

Məşqə başlayanda Mr.Han Dreyə bütün günü gödəkcəni soyun, yerə at, götür, geyin, soyun və s. kimi tapşırıqlar verir. Və bu, bir neçə gün davam edir. Sonrakı gün Şerri Mr.Hana Şişi festivalına getmək üçün bilet alır. Dre Mei Yinqə söz verir ki, onun imtahanına gələcək və Mei Yinq də söz verir ki, onun Kunq Fu yarışına gələcək.

Dre bezib Kunq Fu məşqini davam etdirmək istəmir, lakin Mr. Han ona hər şeyin - soyunub-geyinməyin, adamlar ilə danışmağın da Kunq Fu olduğun başa salır və ona əsil Kunq Funu öyrətməyə başlayır. Onlar qatarla Vudanq dağına gedirlər, Dre burada Kunq Fu suyunu içir, kobra üslubu ilə tanış olur.

Zaman keçir. Artıq Dre Kunq Fu ilə çox məşğul olmuşdu və Mr.Han ona "u çi bi fa", yəni Drenin istrahətə ehtiyacının olduğunu söyləyir və ona bir günlük istirahət verir. Dre Mei Yingə onun da istirahətə ehtiyacı olduğunu deyərək onunla parka gedir və məlum olur ki, Mei Yinqin musiqi dərsindən olan imtahanını həmin günə salıblar və o, tələsik imtahana gedir, Dre də sözünə əməl edərək Mei Yinqin imtahanına gedir. Lakin bu imtahanda Mei Yinqin atası Drenin ona pis təsir etdiyini deyərək onunla danışmağa icazə vermir.

Sonra Dre Mr.Hanın yanına gələrək onun neçə gündü təmir etdiyi maşını əzdiyini görür və məlum olur ki, o, bu maşın ilə qəza edib və onun ailəsi bu qəzada ölüb. Sonra onlar məşqi davam etdirirlər. Bir neçə günlük ağır məşqdən sonra Mr.Han ona Brüs Linin paltarın alır. Və ona Mei Yinqin atasına çincə məktub yazmağa kömək edir,  üstəlik, onun atası ona yarışa getməyə icazə verir.

Yarış günü əvvəlcə Çenqin dostları ilə yarışda onun ayağı əzilir. Lakin Mr.Han Çin təbabəti ilə onun ayağını müalicə edir və o, yarışa davam edir.

Sonluq elə gözlənilən kimidir: O, rəqiblərinə qalib gəlir, Çenqi də məğlub edir və yarışda birinci olur.

 

“Ədəbiyyat və incəsənət”

(01.04.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.