Türkiyənin məşhur rejissoru Osman Sınav vəfat etdi Featured

“Ədəbiyyat və incəsənət” portalı “Hürriyyet”ə istinadən xəbər verir ki, Türkiyənin məşhur rejissoru, böyük türkçü, turançı  Osman Sınav vəfat edib. 

O, uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirdi. Bu gün - martın 20-də 69 yaşında dünyasını dəyişib.

 

Azərbaycanlı izləyicilər onu daha çox “Kurtlar vadisi” serialı ilə tanıyırdılar. O. Sınav bundan başqa “Acı hayat”, “Deli yürek”, “Sen anlat Karadeniz”, “Ekmek teknesi” kimi məşhur serialların da rejissoru olub.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(20.03.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.