“Mən qadınam” tammetrajlı bədii filmi üçün ssenari müsabiqəsi elan edilib

Azərbaycan Kinematoqrafçılar İttifaqı “Mən qadınam” adlı tammetrajlı bədii film üçün ssenari müsabiqəsi elan edib.

 

“Ədəbiyyat və incəsənət” portalı Kinematoqrafçılar İttifaqına istinadən xəbər verir ki, ssenari müsabiqəsinin məqsədi kinomuzda müasir qadınlarımızın parlaq kino obrazlarını yaratmaqdır.

 

Müsabiqəyə göndərilən ssenarilərə janr məhdudiyyəti qoyulmayıb. Müsabiqənin şərtlərinə görə, təqdim edilən ssenarinin baş qəhrəmanı qadın olmalıdır. Hadisələr müasir zamanda baş verməlidir, metrajı 52 dəqiqədən çox olmalıdır.

Ssenarilər ancaq bədii film formatında olmalıdır (animasiya, sənədli film qəbul edilmir). Əvvəlki müsabiqələrdə qalib olan tammetrajlı ssenarilər müsabiqəyə qəbul edilmir.

Müsabiqədə iştirak üçün tammetrajlı bədii filmin ssenarisi, (şrift: Courier New, ölçü: 12) müəllif haqqında məlumatla (filmoqrafiya (əgər varsa), təvəllüd, iş yeri, ali təhsil) birlikdə elektron variantda Этот адрес электронной почты защищен от спам-ботов. У вас должен быть включен JavaScript для просмотра. elektron poçt ünvanına “Mən qadınam” başlığı ilə göndərilməli və çap olunmuş variantda (2 nüsxə) Azərbaycan Kinematoqrafçılar İttifaqının ofisinə (Bülbül prospekti 30, ikinci mərtəbə, 207-ci otaq) təqdim edilməlidir. Bir müəllif maksimum iki ədəbi ssenari təqdim edə bilər.

 

Ssenarilər 2025-ci il aprelin 15-dək Azərbaycan Kinematoqrafçılar İttifaqına təqdim olunmalıdır.

 

Qaliblərin adı 2025-ci il avqustun 2-də açıqlanacaq.

İlk üç yerin qalibləri diplom və pul mükafatı (5000, 3500 və 2500 AZN) ilə təltif ediləcəklər.

 

“Ədəbiyyat və incəsənət”

(18.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.