Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov avqustun 31-də Ağstafa rayon Heydər Əliyev Mərkəzində (Ünvan: Ağstafa şəhəri, Hüseyn Arif küçəsi 1) Qazax, Ağstafa və Tovuz rayonlarından olan vətəndaşlarla görüşəcək.
Nazirlikdən verilən məlumata görə, vətəndaşlar avqustun 26-dək nazirliyin Этот адрес электронной почты защищен от спам-ботов. У вас должен быть включен JavaScript для просмотра. elektron poçt ünvanı, (012) 493-30-02 telefon nömrəsi vasitəsilə və “Whatsapp” xidmətinə (0 777 147 147) müraciət etməklə qəbula yazıla bilərlər.