UNESCO- nun yaradıcı şəhərləri elan edilmiş Şəki, Bakı və Lənkəranla bağlı təbliğat aparılır

 

Məlum olduğu kimi UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə Azərbaycandan 3 şəhər Lənkəran şəhəri (2021, “qastronomiya” tematikası üzrə) Şəki şəhəri  (2017, “sənət və sənətkarlıq” tematikası üzrə) və Bakı şəhəri (2019, “dizayn” tematikası üzrə) daxil edilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Yaradıcı Şəhərlər Şəbəkəsinə  daxil olan şəhərlərin beynəlxalq təqdimatı və təbliği, yerli şəhər yaradıcılığı və kreativliyinin inkişafı istiqamətində Mədəniyyət Nazirliyi və Azərbaycan Yaradıcı Sənayelər Federasiyası birlikdə sosial şəbəkə hesabları üzərindən təbliğat maarifləndirmə işlərinə start verib.  

Beləliklə, Mədəniyyət Nazirliyi və tərəfdaşları həmin postların və məlumatların milli və beynəlxalq səviyyədə populyarlaşması üçün geniş ictimaiyyəti qeyd olunan səhifələri izləməyə dəvət edir. Bununla yanaşı, adıçəkilən yaradıcı şəhərlərlə bağlı izləyicilər tərəfindən hər hansı maraqlı məzmunun  paylaşılması istəyi olacağı təqdirdə həmin məlumatları  Этот адрес электронной почты защищен от спам-ботов. У вас должен быть включен JavaScript для просмотра. Этот адрес электронной почты защищен от спам-ботов. У вас должен быть включен JavaScript для просмотра. elektron poçtlarına göndərilməsi xahiş olunur. 

Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil olan 3 şəhərin “Facebook” və  “instagram” sosial şəbəkələrindəki səhifələri təqdim olunur:

 

https://www.instagram.com/shekicityofcraft/

 

https://www.facebook.com/shekicityofcraft/

 

https://www.instagram.com/bakucityofdesign/

 

https://www.facebook.com/bakucityofdesign/

 

https://www.instagram.com/lankarancityofgastronomy/

 

https://www.facebook.com/lankarancityofgastronomy/

{gallery}3191{/gallery}

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.