Qayıdışımız möhtəşəm olacaq!

Turanə Orucova, “Ədəbiyyat və incəsənət” üçün

 

Uşaqlıqdan daima Qərbi Azərbaycan haqqında eşitdiklərimlə xəyalən sanki oranın adət ənənəsini, tarixi  torpaqlarımızda maddi- mədəni irsini, dağ-dərəsini, gözümdə, ağlımda canlandırmağa çalışmışam. Mənim düşüncəmdə insan iradəli, inamlı yolda addımlamaq istəyirsə, vacibdir ki, öz tarixi ulu  köklərinə sahib çıxsın.

 

Mən inanıram ki, tezliklə öz dədə-baba torpaqlarımıza qayıdacağıq, öz yurdumda mədəniyyət sahəsindəki iş fəaliyyətimi davam etdirəcəm.

Azərbaycan xalqının ümummilli lideri - Heydər Əliyevin vəsiyyətini gerçəkləşdirən, onun layiqli davamçısı prezidentimiz cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində bugun Azərbaycan xalqının üç rəngli bayrağı Qarabağda dalğalanır. Baharın gözəlliyini doğma Qarabağımızda, azad Şuşamızda bitən Xarıbülbülün ətrini sinəmizə çəkərək, gözəlliyindən zövq alaraq görmək qürurunu yaşayırıq.

Cənab Prezidentimizin də dediyi kimi biz tezliklə Qərbi Azərbaycana Zəngəzura, Göyçəyə, İrəvana möhtəşəm dönüş edərək, Qarabağda olduğu kimi üçrəngli  bayrağımızı qürurla dalğalandıracağıq.

Qaydışımız möhtəşəm olacaq!

 

“Ədəbiyyat və incəsənət”

(14.04.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.