Qalib QHT rəhbərləri ilə görüş keçiriləcək

 

2025-ci il aprel ayının 3-ü saat 14:00-da Bakı Konqres Mərkəzində Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə qrant müsabiqələrinin qalibləri ilə görüş keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət” portalı Agentliyə istinadən xəbər verir ki, görüşdə Prezident Administrasiyasının və aidiyyəti dövlət qurumlarının məsul şəxsləri iştirak edəcək. Görüşdə layihələri müsabiqələrdə qalib gələn QHT-lərin hər birindən yalnız 1 nəfər – rəhbər şəxsin iştirakı nəzərdə tutulur.

 

“Ədəbiyyat və incəsənət”

(01.04.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.