Qərbi Azərbaycan yazarı, şair, publisist Azər Abdullanın doğum günüdür Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 

1940-cı il aprelin 1-də Qərbi Azərbaycanın Zəngəzur mahalının Mığrı bölgəsinin Lök kəndində kolxozçu ailəsində dünyaya Azər adını verdikləri bir oğlan göz açdı. Lök kəndi orta yediillik məktəbində, sonra qonşu kənd orta məktəbində təhsil aldı. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin dil və ədəbiyyat şöbəsini bitirdi (1962–1967). Elə gənc yaşlarında da elində-obasında sevildi, hörmət və izzət qazandı.

 

Azər Abdulla (Əhmədbəyli) həm jurnalist, hən də yazıçı kimi adını adlar içində yazdırmağa müvəffəq olan şəxsdir. O, jurnalistika fəaliyyətinə "Azərbaycan məktəbi" jurnalında korrektor, "Mədəni ticarət" qəzetində ədəbi işçi işlərkən başlamış (1967–1969), ilk qələm təcrübələrini və şerlərini dövri mətbuatda çap etdirmişdir. "Qobustan" toplusunda texniki redaktor vəzifəsində çalışmışdır. "Oğuz Eli" qəzetinin əlavəsi olan "Yazıçı" qəzetinin baş redaktoru idi.

"Nazim Hikmət və Azərbaycan" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdi.

Dövri mətbuatda şeir, hekayə və publisistik yazılarla müntəzəm çıxış edirdi.

 

Kitabları:

1. Bir durna qatarıyıq. 

2. Gedirəm gündoğana. 

3. Səni gözləyirəm. 

4. Bəyaz çiçəklər. 

5. Oyun. 

6. Qəmərlidən keçən qatar. 

7. Pa de şa.

8. Qapıları bir-bir döydüm. 

9. Onlar qəmli idi. 

10. Havalı sular, sevdalı sular. 

11. Kəpənək bayramı. 

12. Azerbaycandan hikayeler.

13. Şəftəli qoxusu. 

 

 

Azər Abdulla 2021-ci il martın 20-də kəskin pnevmoniyadan vəfat edib. Xırdalan qəbiristanlığında dəfn olunub.

Allah rəhmət eləsin!

Amin!

 

“Ədəbiyyat və incəsənət”

(01.04.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.