"Naxırçı çörəyi", "Ağaclar kəsilmədi", "Sən tək deyilsən"… -Şamil Xurşudun doğum günüdür Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Təqvimi vərəqlədikdə bu günə doğum günü təsadüf edən daha bir mədəniyyət xadimini görürük: Şamil Fərzəliyevi. Ədəbi dairələrdə o, Şamil Xurşud kimi tanınıb.

 

Şamil Fərzəliyev 1934-cü il fevralın 18-də Azərbaycan SSR-in Ucar rayonunda anadan olmuşdur.  Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsində oxuyan vaxtdan bədii-publisistik məqalələr, televiziya və radio üçün səhnəciklər yazmağa başlamışdır. 

Onun ilk səhnə əsəri də elə o vaxtlar oynanılmışdı. Ali təhsilini uğurla başa vurandan az sonra onu Moskvanın İctimai Elmlər Akademiyasına göndərmişlər. Orada ikiillik təhsilini başa vurub Vətənə qayıtdıqdan sonra ömrünü yazıb-yaratmağa həsr etmişdir

Ötən əsrin altmışıncı illərindən başlayaraq oçerk, felyeton, publisistik yazıları ilə respublika mətbuatında çıxış etməyə başlamış, bir qədər sonra isə hekayələri, povest və pyesləri işıq üzü görmüşdür.

"Özüm və özün" ilk felyetonlar kitabı böyük marağa səbəb olmuş, daha sonra isə bir-birinin ardınca "Azarkeş nənə", "Xəstələr", "Naxırçı çörəyi", "Ağaclar kəsilmədi", "Bahar yağışları", "Sən tək deyilsən", Mirzə Şəfi Vazehin həyatından bəhs edən "Bəxtiyar deyil" kitabları nəşr olunmuşdur. 

Xüsusən “Naxırçı çörəyi” zamanında çox bəyənilmiş, rezonans doğurmuşdu.

Şamil Xurşud 1986-cı ilin aprelin 24-də uzun sürən xəstəlikdən sonra Tbilisi şəhərində vəfat etmişdir.

Allah rəhmət eləsin!

Amin!

 

“Ədəbiyyat və incəsənət”

(18.02.2025)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.