UNUTMADLQ, UNUTMAYACAĞIQ - Milli Qəhrəmanın doğum günüdür

 İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Xanoğlan Məmmədov 1975-ci il 13 fevral tarixində Neftçala rayonunun Beşdəli kəndində anadan olmuşdur. 1983-cü ildə VIII sinfi bitirib Salyan rayonundakı 104 saylı texniki peşə məktəbinə daxil olmuş, iki il dülgərlik sənətinin sirlərini öyrənmişdir. 1993-cü ildə hərbi xidmətə yollanaraq, Periküşküldə, Murovdağda xidmət etmişdir.

 

Bir müddət təlim keçdikdən sonra Murovdağ cəbhəsinə göndərilmiş və bir neçə döyüşdə iştirak etmişdir. 1995-ci il martın 15-də Qazax–Ağstafa bölgəsində dövlət əleyhinə çıxmış qiyamçılarla döyüşdə qəhrəmancasına həlak olmuşdur.

Neftçala rayon Mədəniyyət və İncəsənət sarayı onun adını daşıyır. Məzarı Beşdəli kənd qəbiristanlığındadır.

 

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə o, ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Allah rəhmət eləsin. Amin!

 

“Ədəbiyyat və incəsənət”

(13.02.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.