Ermənistanı yasa boğan qəhrəman

Murad Vəlixanov, “Ədəbiyyat və incəsənət”

 

 

İmam Əli  (Ə.S)  buyurur: “Qiyamət günü cənnətə daxil olan ilk şəxs şəhid olacaq”.  Bu gün haqqında danışacağım insanın nəinki məndə,  bütün azərbaycanlıların qəlbində yeri başqadır. Ümumiyyətlə, bu millət hər zaman şəhidinə, qazisinə sahin çıxıb. 

 

Mübariz Ağakərim oğlu İbrahimov 7 fevral 1988-ci ildə Əliabad kəndində, Puşkin (hazırkı Biləsuvar)  rayonunda anadan olub.  Ta uşaq yaşlarından hərbiyə maraq göstərən Mübarizə atası Çevik Polis  Alayına sənət verməyi məsləhət görür.  Lakin Mübariz “Ata, mən millətimə əl qaldıra bilmərəm”  deyir və atasının təklifini qəbul etmir. 

Mübariz İbrahimov 2005-ci ildə  məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılmışdır.  O,  Daxili İşlər Nazirliyinə bağlı  xüsusi təyinatlı qüvvələrdə xidmət etmiş Mübariz  iki il sonra xidmətini bitirmiş,  2009-cu ildə isə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında könüllü olaraq xidmətə başlamışdır. Hər birimizin içində Erməniyə qarşı ayrı bir nifrət var. Mübarizində Xocalıda törədilən vəhşiliklər,  qırğınlar gözünün önünə gəldikcə Ermənilərə olan nifrəti birə beş artırdı.   2010-cu il İyun ayının 18-dən 19-na keçən gecə özündən geriyə yazdığı məktubu qalan Mübariz İbrahimov təmas xəttini keçərək  Tərtər rayonunun Çaylı kəndində yerləşən Ermənistan ordusuna məxsus zastavaya basqın etmişdi.  Nəyin nə olduğunu anlamadan Ermənilər artıq  20-ə yaxın itki vermişdi. Təkbaşına bir ordu kimi savaşan Mübariz erməni əsgərlərini  əməllicə  təşvişə salmışdı. Onlar sanki Azərbaycan ordusu hücuma keçdiyini düşünüb qarışqa kimi hərəsi bir tərəfə dağılışmağa başladı.  19-u səhərə yaxın Mübarizin mərmisi azalmağa başlamışdı. O, artıq tapancası və bıçağı ilə döyüşməyə davam elədi və kürək nahiyəsindən aldığı iki güllə yarası ilə Mübariz şəhadətə qovuşdu.  Ermənilər hər nə qədər təkzib etsələrdə Mübarizin nəşini gizlədə bilmədilər və Rusiyanın vasitəçiliyi ilə noyabrın 6-ında Həştərxanda Mübarizin nəşi Azərbaycana təhvil verildi. Ermənilər o qədər qorxmuşdu ki,  Mübarizin hələ də sağ qaldığını düşünüb əllərini və ayaqlarını bağlamışdılar.

Mübariz İbrahimova ölümündən sonra  Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş və eyni zamanda “ilin adamı” adına layiq görülmüşdür

 

“Ədəbiyyat və İncəsənət” 

 (07.02.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.