Test mərhələsi 4 noyabr 2024-cü il tarixində Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında keçirilib. Bu baradə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir.
İştirakçılar ümumi dünya görüşü, qanunvericilik və məntiqi təfəkkür üzrə hazırlanan test blokları əsasında sualları cavablandırıblar.
Qeyd edək ki, proqramda iştirak üçün elektron ərizə qəbuluna 500-ə yaxın müraciət daxil olub. Ərizələrin ilkin qiymətləndirilməsindən sonra, onların arasından 168 iştirakçı test mərhələsinə vəsiqə qazanıb. Test mərhələsini uğurla tamamlayan gənclər növbəti mərhələdə idarəetmə potensialının qiymətləndirilməsi mərhələsinə qatılacaq və daha sonra müsahibə mərhələsinə dəvət olunacaqlar.
“Ədəbiyyat və incəsənət”
(05.11.2024)