Günün lətifəsi qəhrəman uşaq barədədir Featured

“Ədəbiyyat və incəsənət” portalı günün lətifəsini təqdim edir. Bəri başdan deyək ki, bu yumor qara yumorlar silsiləsindəndir. Onu oxuyanda bəzi ştrixlərə, detallara azacıq diqqət yetirmək lazımdır. 

Rubrikanı Cavad aparır. 

 

 

Yasamal rayonunda bir səkkiz yaşlı uşaq küllükdən 100 min dollar tapıb onu polisə təhvil verir. 

Uşağın valideynini çağırıb RealTV-nin canlı yayımının müşayiəti ilə polis rəisi ona təşəkkür edəndə təəccübdən dili dolaşan qadın on bağlama yüzlük dollardan göz çəkə bilmədən ağlaya-ağlaya deyir:
— Mən oğlumla fəxr edirəm!

 

*

Hörmətli oxucularımız. Siz də bu rubrikanın müəllifi ola bilərsiniz. Ən gülməli zənn etdiyiniz lətifələri elektron ünvanımıza yollaya bilərsiniz ( Этот адрес электронной почты защищен от спам-ботов. У вас должен быть включен JavaScript для просмотра. )

 

“Ədəbiyyat və incəsənət”

(16.06.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.