Gülüş klubunda Donald Trampın kitabı Featured

Sərtyel, “Ədəbiyyat və incəsənət” 

 

1.

Bir Amerika lətifəsi ilə başlayaq. 

 

Bir nəfər Vaşunqtondakı kitab mağazasına girib deyir: 

-Sizdə Donald Trampın qeyri-leqal miqrantlar barədəki kitabı varmı?

Satıcı qadın qışqırır:

-Bu dəqiqə buradan rədd olun və bir də heç vaxt bura ayağınız dəyməsin!

Alıcı deyir:

-Bəli, bəli, məhz həmin sözlərlə başlayan kitab, yumşaq cilddə.

 

2.

Kərə yağının qiyməti az qalır gedib bitkoinin qiymətinə çatsın. 

 

3.

DƏHŞƏT FİLMİ

Məmmədkərim gecələmək istədiyi ucqar dağ otelinin içərisindəki ölümcül sükutdan, içəridəki qaramatdan vahimələnib lakeydən ehtiyatla soruşur:

-İşlədiyiniz müddətdə burda qeyri-adi hadisə baş veribmi?

Lakey boynunun ardını qaşıyıb deyir:

-On iki il əvvəl bir hadisə olub. Bizdə gecələyən bir pasient səhərə salamat çıxıb və evinə gedib. 

 

4.

Alimlər sübut ediblər ki, Damda yaşayan Karlson sadəcə banal virusdur. Çünki o, hər dəfə Balaca pəncərəni açan kimi peyda olur. 

 

5.

COP BAYATILARI

 

Əzizizyəm, gəldin COP

Düşmənlər hey edir gop

Bizim gücə sən güc qat,

Qoy onlara deyək stop

 

Əziziyəm, COP mənim

Meşəm, çölüm, çəmənim

Novruz nəyimə lazım

Sən ol mənim səmənim

 

Əzizim COP gözəlsən

Sən şeirsən, qəzəlsən

Hamı səni çox sevir

Bizimçün çox özəlsən!

 

Əziziyəm COP olsun

Bakı qonaqla dolsun.

29 bizdə oldu, 

30 da bizdə olsun!

 

Müəllif: Zülqərneyn Vəsfipur

 

“Ədəbiyyat və incəsənət”

(11.11.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.