Teleportasiya nədir? – MARAQ DÜNYASI Featured

Murad Vəlixanov, “Ədəbiyyat və incəsənət”

 

 

Turistik səyahət şəhərdən şəhərə, ölkədən ölkəyə olur. Bu dəfə biz bu səyahəti mövzudan mövzuya edəcəyik. Mövzumuz isə...

Bu gün fərqli bir mövzu barədə danışmaq istəyirəm. Teleportasiya nədir və teleportasiya deyəndə nə başa düşülür? Teleport- bir şeyin ani olaraq bir məkandan başqa bir məkana uçmasıdır (keçməsidir). Teleport sözü bizə həm də telefon anlayışını xatırladır.

 

Adi bir telefon dəstəyini götürüb kimləsə əlaqə yaradaraq fikrini ifadə edirsən və bu teleport yolu ilə digər telefon dəstəyindəki şəxsə ötürülür. Bu proses o qədər sürətli baş verir ki, müəyyən həddə malik olmur. Bu prosesə teleportasiya prosesi deyilir. Teleportasiya bir şeyin enerjiyə çevrilərək başqa bir məkandan başqa məkana getməsidir. Məsələn, biz telefonda sözlərimizin enerjiyə, yəni modula çevrilərək işıq sürəti ilə hərəkət etdiyini müşahidə edirik. Fantastik filmlərin qəhrəmanları üçün teleportasiya adi bir haldır. Bir kliklə onlar havada yox olur və saniyədə yüzlərlə və minlərlə kilometr uzaq məsafədə: başqa bir ölkədə və ya başqa bir planetdə peyda olurlar.

Bunun özü də teleportasiyadır. Bəlkə də, çoxumuz böyük istəklə bu kimi xüsusiyyətlərin bizdə olmasını arzulamışıq. Nəyi pisdir ki, istədiyin zaman, ürəyin istədiyi ölkədə və ya sənin üçün vacib olan məkanda olacaqsan. Bu cür yerdəyişmələr həqiqətənmi mümkündür, yoxsa bu teleportasiya deyilən şey yazıçıların və ssenaristlərin əlçatmaz bir xəyalı olaraqmı qalacaq?

Bununla bağlı hər hansı bir tədqiqat aparılırmı, fantastik döyüş filmlərinin qəhrəmanları üçün adi bir hal olan bu anlayışın tətbiqinə az da olsa yaxınlaşmışıqmı? Heç də dərin düşüncələrə dalmadan qısa şəkildə cavab verilir- hə. Hətta bununla bağlı araşdırmalar da çox aktiv şəkildə aparılır. Bundan ziyadə, alimlər çox aktiv şəkildə kvant teleportasiyasında çox uğurlu şəkildə müntəzəm olaraq elmi jurnallarda məqalələr dərc edirlər. Bir çox məşhur fiziklər insanların teleportasiya edə biləcəklərinə şübhə edirlər, ancaq bəzi mütəxəssislər digərlərinə nəzərən daha optimistdirlər və teleporterlərin bir neçə onilliklər ərzində reallığa çevriləcəyini israrla qeyd edirlər. Hətta Quran-i Kərimdə də teleportasiya barədə bir ayədə fikirlər mövcuddur.

Bu qədər məlumatdan sonra söhbətin nədən getdiyini az-çox təxmin etmək olur. Teleportasiya dedikdə bir cismin istənilən məsafədə, işıq sürətindən də daha sürətli hərəkət edərək başqa bir məkana doğru yerdəyişməsi nəzərdə tutulur. Teleportasiya sözü ilk dəfə 1931-ci ildə paranormal hadisələri araşdırmağı və öyrənməyi sevən Amerika publisisti Çarlz Fort tərəfindən icad edilmişdir. O, “Cənnət vulkanları” kitabında kosmosdakı cisimlərin izaholunmaz hərəkətlərini təsvir etmək üçün yunanca τῆλε (uzaq) və latınca video (görmək) sözlərindən yaranan televiziya sözünə bənzər bir termin düşündü. Bu məntiq və məlumatlardan sonra belə bir nəticə hasil olur ki, teleportasiya deyilən anlayış var və mövcuddur. Önümüzdəki onilliklərdə də reallığa çevriləcək.

 

Növbəti mövzu səyahətimizi gözləyin!

 

“Ədəbiyyat və incəsənət”

(04.04.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.