Dövlət Tərcümə Mərkəzi yazılı və şifahi tərcümə üzrə seçim turları təşkil edir

Azərbaycan Dövlət Tərcümə Mərkəzi ölkədə dil və tərcümə işinin təkmilləşdirilməsi, yazılı, şifahi – ardıcıl tərcümə üzrə peşəkar mütəxəssislərin müəyyən edilməsi məqsədilə Seçim Turlarının növbəti mərhələsinə start verib.
Tərcümə Mərkəzindən AzərTAC-a bildirilib ki, turlar ingilis və digər dillər üzrə ictimai-siyasi, elmi sahələrdə ixtisaslaşmış tərcümə mütəxəssislərinin peşə qabiliyyətinin yoxlanılması və sertifikatlaşdırılması əsasında aparılır.
Turlarda iştirak üçün (Şəxsiyyət vəsiqəsinin surəti, CV) qeyd olunan sənədlərin bu ilin 30 noyabr tarixinədək mərkəzin Этот адрес электронной почты защищен от спам-ботов. У вас должен быть включен JavaScript для просмотра. ünvanına göndərilməsi, yaxud kağız formatında Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan bəy Topçubaşov küçəsi, 74 ünvanına təqdim edilməsi xahiş olunur.
Turlarda iştirak ödənişlidir.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.