Nemət Tahir,
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
“National Geographic” bu fotonu 2013-cü ilin ən yaxşı fotolarından biri seçib. Bu fotonu çəkən təbiət fotoqrafı fotonu çəkən anda göz yaşlarını saxlaya bilmir. Heyvanın cəsarətinə və gücünə heyran olduğunu deyir. O, yəqin ki, bu anı ömrünün sonuna qədər xatırlayacaq…
Gepardlar balası ilə oynayan ceyrana hücum edir. Ceyran qaçaraq həyatını xilas edə bilərdi və bunun üçün də imkanı var idi. Buna baxmayaraq, ceyran gepardlara təslim olmağı qərar verir.
Niyə? Ona görə ki, balasına qaçmaq şansı vermək üçün...
Çünki əgər birinci qaçsa idi, hələ sürətli qaça bilməyən balası gepardlara yem olacaqdı. Ona görə özünü qurban verməkdə məqsədi həm vaxt qazanmaq və həm balasına bu təhlükədən qaçmağı üçün imkan yaratmaq idi.
Bu foto isə boğazı gepardın ağzında olan ceyranın balasının ovdan dinc şəkildə xilas olmasına əmin olmaq üçün qətiyyətlə baxdığı son anı əks etdirir.
Şərəfli olmaq belə olur.
Doğularkan sənə gülümsəyib sevgi ilə baxanlar, ölümünə də eyni heyranlıq və hörmətlə baxa bilməlidirlər...
“Ədəbiyyat və incəsənət”
(25.11.2026)


