“Maraqlı söhbətlər”də Norveçdəki Qiyamət günü anbarı Featured

Nemət Tahir,

“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Norveçin şimalındakı Şpitsbergen adasında, buzlaqların arasında nəhəng bir dağın 130 metr dərinliyində tikilən və 9 milyon dollara başa gələn “Qiyamət Anbarı” və ya "Svalbard Qlobal Toxum Anbarı" 2008-ci ilin mart ayından bəri fəaliyyət göstərir. Divarları nüvə bombalarına qarşı belə dözümlü olan anbarda dünyanın dörd bir tərəfindən gətirilən təxminən 4 milyon ədəd müxtəlif toxum saxlanır.

 

Anbar dünyada nüvə müharibəsi və qlobal istiləşmə kimi hər hansı bir fəlakətdən sonra Yerdə həyatın davam etməsi üçün yaradılıb. Anbar əgər bir gün qiyamət qoparsa, "Nuhun gəmisi" rolunu oynamalıdır.

Əfsanəyə görə Nuh peyğəmbər böyük tufan baş verərkən gəmisinə hər canlı növündən bir cüt götürüb və dünyada həyatın davamını təmin edib.

Norveçin sirli Svalbard adasında qurulan “Qiyamət anbarı” Şimal qütbünə 1300 km məsafədə yerləşir və “insanlığın son ümidi” adlandırılır. Qiyamətdən sonra dünyanın yox olacağı reallığını görmək istəməyənlərin ərsəyə gətirdiyi bu anbar son dövrlərdə olduqca maraq cəlb edir.

2008-ci ilin fevral ayında açılan anbar dünyanın hər bölgəsindən 250 milyon ədəd toxumu özündə birləşdirir və əlverişsiz hava şəraitindən tutmuş, ehtimal edilən bir çox hücuma qarşı dözümlü şəkildə inşa edilib. Anbarın divarları polad bloklarla əhatələnib. 4,5 milyon növ meyvə, tərəvəz və taxıl toxumları burada qorunur. Ən dəhşətli fəlakətlərdə belə toxumların heç zərər görmədən 200 ilə yaxın yaşaya biləcəyi bildirilir.

“Qiyamət Anbarı”nın hazırda yeganə təhdid ünsürü ac qütb ayılarıdır. Bölgədə yaşayan 3 minə yaxın ayını anbardan uzaq saxlama üçün xüsusi mühafizəçilər burada xidmət edir.

Yabanı bitkilərin toxumlarına da çətin hava şəraitinə qarşı dayanıqlı olması səbəbilə xüsusi əhəmiyyət verilir. Təxminən yüz ölkədəki "bitki mənşəli gen bankları"nda olan toxum nümunələri “Qiyamət Anbarı” (Doomsday Vault) adlandırılan bu nəhəng anbarda yığılır. Svalbard adasına ən böyük töhfəni hələ ki, ABŞ Toxum Bankı verib.

Layihənin hədəfi düyü, qarğıdalı, buğda, kartof, alma, hind qozu kimi ən əhəmiyyətli 21 bitki növünün mümkün olduqca mühafizə edilməsi və növ çeşidliliyinin təmin olunmasıdır.”

Yeni qərara əsasən, “Qiyamət Anbarı”nda artıq kitab da depolanacaq. Norveç dövlət televiziyasının xəbərinə görə, dünyanın ən dəyərli kitablarının burada rəqəmsal film formasına çevrilərək nüvə savaşlarından və təbii fəlakətlərdən mühafizə edilməsi planlaşdırılır.

 

“Ədəbiyyat və incəsənət”

(24.11.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.