Nemət Tahir,
"Ədəbiyyat və İncəsənət" portalının Qarabağ təmsilçisi
Qədim Romada xalqın öz hüquqları uğrunda mübarizə aparmasının maraqlı bir yolu var idi - sesessiya (latınca secedo- mən gedirəm). Bütün sadə insanlar bir neçə gün ərzində özləri ilə azuqələrini götürüb şəhəri tərk edirdilər. Onlar patrisiləri (hakim sinif) tək qoyurdular.
Şəhərdə həyat tamamilə dayanırdı. Mağaza və dükanlar işləmirdi, bazarlarda məhsul satılmırdı. Bu, şəhərin iqtisadiyyatını kütləvi şəkildə iflic edirdi və elita onların şərtləri ilə razılaşmaq məcburiyyətində qalırdı. Xüsusən də birinci sesessiyadan sonra plebeylərin (sadə xalq) borclarının bir hissəsi bağışlandı və Xalq tribunası yaradılmaqla sadə xalqa dövləti idarə etməyə icazə verildi.
“Ədəbiyyat və incəsənət”
(18.11.2026)


