İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Bugün özünün 59 yaşını qeyd edən LizaBonet (LisaBonet) — amerikalı aktrisa, rejissorvə televiziyaulduzudur. O, xüsusilə 1980-ci illərdə məşhurlaşmış, The Cosby Show televiziya serialında canlandırdığı Deniz Hakstabl (Denise Huxtable) obrazı ilə geniş tamaşaçı auditoriyasının rəğbətini qazanmışdır. Bonet özünəməxsus xarici görünüşü, təbii aktyorluğu və fərqli obrazları ilə tanınır.
Məşhur olduğu qədər də sadədir, kaprizsizdir o.
Liza Mişel Bonet (Lisa Michelle Bonet) 16 noyabr 1967-ci ildə ABŞ-ın Kaliforniya ştatının San-Fransisko şəhərində anadan olub. Atası Allen Bonet opera müğənnisi, anası Arlin Coys Litman (Arlene Joyce Litman) isə müəllimə idi. Atası afroamerikalı, anası isə aşkenazi yəhudi mənşəli idi. Valideynləri o, hələ kiçik yaşlarında olarkən ayrılıblar və Liza əsasən anasının himayəsində böyüyüb.
Uşaqlıq illərindən incəsənətə maraq göstərən Bonet 11 yaşında reklam çarxlarında çəkilməyə başlayıb. Daha sonra aktyorluq təhsili alaraq peşəkar sənət fəaliyyətinə qədəm qoyub. Liza Bonetin aktyorluq karyerasında əsas dönüş nöqtəsi 1984-cü ildə baş verib. Həmin il o, The Cosby Show serialında Deniz Hakstabl obrazını canlandırmağa başlayıb.
Serial ona böyük şöhrət gətirib və aktrisanın televiziya dünyasında tanınmasına səbəb olub. 1987-ci ildə A Different World serialında da həmin obrazı canlandırıb. Eyni ildə Alan Parkerin rejissoru olduğu Angel Heart filmində çəkilərək kino sahəsində daha ciddi və fərqli rollara müraciət edib. Bu filmdəki Epifani Proudfoot obrazı onun aktyorluq imkanlarını nümayiş etdirib.
1990-cı illərin sonlarında kino fəaliyyətini yenidən genişləndirən Bonet, 1998-ci ildə Uill Smit və Cin Hekmanın da iştirak etdiyi Enemy of the State filmində rol alıb. 2000-ci ildə High Fidelity filmində canlandırdığı Mari De Sal obrazı da onun tanınmış rollarından biridir. Sonrakı illərdə televiziya və kino layihələrində iştirak edən aktrisa ailəsinə və şəxsi həyatına daha çox vaxt ayırmaq məqsədilə sənət fəaliyyətini nisbətən məhdudlaşdırıb.
Filmoqrafiya
Angel Heart (1987) — Mələk ürəyi
Bank Robber (1993) — Bank soyğunçusu
Dead Connection (1994) — Ölümcül əlaqə
Enemy of the State (1998) — Dövlətin düşməni
High Fidelity (2000) — Yüksək sədaqət
Biker Boyz (2003) — Motosikletçilər
Whitepaddy (2006) — Ağ Peddi
Road to Paloma (2014) — Palomaya gedən
Televiziya layihələri
The Cosby Show (1984–1992) — Kosbi şousu
A Different World (1987–1988) — Fərqli bir dünya
New Eden (1994) — Yeni Eden
Life on Mars (2008–2009) — Marsda həyat
The Red Road (2014) — Qırmızı yol
Ray Donovan (2016) — Rey Donovan
Mükafatları və nailiyyətləri
- 1986-cı ildə The Cosby Show serialındakı roluna görə Primetime Emmy mükafatına namizəd olub.
- 1988-ci ildə Angel Heart filmindəki çıxışına görə Saturn mükafatına namizəd göstərilib.
- Gənc yaşlarından etibarən aktyorluq fəaliyyətinə görə Young Artist Awards mükafatlarına layiq görülüb.
“Ədəbiyyat və incəsənət”
(16.11.2026)


