Nemət Tahir,
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Srebrenitsa faciəsi bəşər tarixinə qara ləkə kimi həkk olunub. 11 iyul 1995-ci il general Ratko Mladiç komandanlığı altında ağır silahlarla təchiz edilmiş serb ordusu 5 gün ərzində ən azı 8 372 bosniyalının bütün dünyanın gözü qarşısında qətlə yetirildiyi gündür.
Beynəlxalq Qırmızı Xaç Təşkilatının məlumatlarına görə, Bosniya və Herseqovinada 200 000 bosniyalı olmaqla 312 000 insan həyatını itirib. Bir çoxları dağlara qaçmaqla canını qurtarmağa çalışsalar da,aralarında 35 000 uşaq olmaqla snayperlər tərəfindən öldürülüb. Minlərlə uşaq anasız, atasız qalıb.
Serbiyalı əsgərlər cəsədləri basdırdıqdan sonra yenidən geri qayıdıb, meyidləri buldozerlərlə çölə çıxarıb, kilometrlərlə uzaqlara aparıb basdırılar. Kütləvi məzarlıq aşkar olunmasın deyə, ərazinin bitki örtüyünə uyğun abadlaşdırıblar.
Kütləvi qəbirlərin tapılması üçün istifadə olunan peyk görüntülərində maqnit dəyişkənliyinin qarşısını almaq üçün qəbirlərin içərisinə metal parçaları qoyurlar.
Bütün bunlara baxmayaraq,bu vəhşilikləri gizlədə bilməyirlər.
Kütləvi məzarların tapılmasında mavi kəpənəklərin də xüsusi köməyi olmuşdur. Çünki,kütləvi məzarlarda basdırılan meyitlər torpağa qarışdıqca torpağın qida dəyərini artıraraq yerli xalq arasında müşk otu kimi tanınan bitkinin böyüməsinə səbəb olmuş və bu da öz növbəsində yalnız bu bitki ilə qidalanan mavi kəpənəklərin sayının artmasına səbəb olmuşdur.
Həmin ərazilərdə aparılan araşdırmalar nəticəsində bu vəziyyət diqqəti cəlb etmiş və yerli mətbuatda öz əksini tapmış, ictimaiyyət də bu işi araşdırılmaqda iştirak etmişdir. Təkcə bu günə kimi aşkar edilən 500-dən çox kütləvi məzarlıqdan 300-ü mavi kəpənəklərin köməyi ilə olub.
Kütləvi Məzarlar İnstitutu 19 il ərzində 20 000 nəfərin cəsədi tapsa da , onlardan yalnız 18 000 nəfərin şəxsiyyəti müəyyən edilib. Təəssüflər olsun ki, cəsədlə eybəcər hala salınaraq yandırıldığından,onların şəxsiyyətini müəyyən etmək çətinlik yaradır.
Bosniya və Herseqovina xalqı bu günü unutmamaq üçün isə mavi kəpənəkləri simvollaşdırdılar.
“Ədəbiyyat və incəsənət”
(13.11.2026)


