Nemət Tahir,
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
İnsulinin kəşfinə görə bəşəriyyət bu insana minnətdar olmalıdır!
1922-ci ildə Toponto Universitetində alimlər komada olan, şəkərli diabetik xəstəliyindən ölən və əksəriyyəti uşaqlarlar olan xəstəxana palatasına gedirlər.
Bu, tibb tarixində məlum olan ən inanılmaz və qeyri-adi anlardan biri idi. Təsəvvür edin, valideynlərlə dolu otaq və onlar çarpayının kənarında qəmgin və kədərli halda oturub, uşaqlarının qaçılmaz ölümünü gözləyirlər. Alimlər bir çarpayıdan digərinə keçərək, uşaqlara yeni hazırladıqları insulin vururlar. Onlar sonuncu uşağa insulini vurarkən, artıq insulin vurduqları ilk uşaqda canlama və həyat əlamətləri görünməyə başlayır. Bunun ardınca bütün uşaqlar yavaş-yavaş diabetik komadan ayılmağa başlayır. Beləliklə, ölüm və zülmət otağı ümid və sevinc otağına çevrilir.
Bu insan isə insulin hormonunu kəşf edən kanadalı həkim və fizioloq, 1923-cü ildə Fiziologiya və Tibb üzrə Nobel mükafatı laureatı adını alan ser Frederik Qrant Bantinq idi.
Frederik Bantinqin bu nailiyyətinə görə hər il onun ad günü olan 14 noyabrda Ümumdünya Diabet Günü qeyd olunur.
“Ədəbiyyat və incəsənət”
(12.11.2026)


