İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Bugün 44 yaşını qeydedən EnnHeteuey (AnneHathaway) — amerikalı aktrisavə prodüserdir. O, Hollivudun ən tanınmış və istedadlı aktrisalarından biri hesab olunur. Xüsusilə The Princess Diaries, The Devil Wears Prada, Les Misérables, Interstellar və The Intern filmlərindəki rolları ilə dünya şöhrəti qazanıb.
Enn Jaklin Heteuey 12 noyabr 1982-ci ildə ABŞ-ın Nyu-York şəhərinin Bruklin rayonunda anadan olub.
Atası Cerald Heteuey hüquqşünas, anası Keyt MakKoli Heteuey isə aktrisa olub. Uşaqlıq illərini Nyu-Cersi ştatında keçirib. Səhnə sənətinə marağı erkən yaşlarından yaranıb. Anasının aktrisa olması onun bu sahəyə marağının formalaşmasına təsir göstərib. Heteuey Vassar Kollecində və Nyu-York Universitetində təhsil alıb. O, həmçinin teatr sənəti ilə məşğul olub və gənc yaşlarından müxtəlif səhnə tamaşalarında iştirak edib.
Onun aktyorluq karyerası 1999-cu ildə Get Real televiziya serialı ilə başlayıb. 2001-ci ildə çəkildiyi The Princess Diaries filmi isə aktrisanın böyük tamaşaçı kütləsi tərəfindən tanınmasına səbəb olub. Filmdə Mia Termopolis obrazını canlandıran Heteuey qısa müddətdə Hollivudun diqqət çəkən gənc aktrisalarından birinə çevrilib. 2006-cı ildə çəkildiyi The Devil Wears Prada filmi onun karyerasında mühüm mərhələ olub.
Meryl Streep ilə tərəf müqabili olduğu filmdə Endi Saks obrazını canlandırıb. Endi Saks obrazını canlandırıb. Bu ekran işi aktrisanın beynəlxalq populyarlığını daha da artırıb. 2012-ci ildə Les Misérables filmində Fantina obrazını canlandırması onun aktyorluq karyerasının ən mühüm uğurlarından biri hesab olunur. Bu roluna görə 2013-cü ildə Ən yaxşı ikinci plan qadın roluna görə Oskar mükafatı qazanıb. Eyni zamanda Qızıl Qlobus, BAFTA və Ekran Aktyorları Gildiyası mükafatlarına da layiq görülüb. \
Heteuey müxtəlif janrlarda özünü sınayıb. O, romantik komediyalarda, tarixi dram filmlərində, fantastik ekran əsərlərində, eləcə də elmi-fantastik və kriminal filmlərdə uğurlu obrazlar yaradıb. 2014-cü ildə Kristofer Nolanın Interstellar filmində Amelia Brand, 2015-ci ildə isə The Intern filmində Jül Ostin obrazlarını canlandırıb. 2026-cı ildə aktrisa The Devil Wears Prada 2 filmində Endi Saks roluna qayıdıb. Həmin il onun The Odyssey və Mother Mary kimi ekran əsərləri də diqqət çəkib.
Əsas filmləri
- The Princess Diaries (2001) — Şahzadənin gündəliyi
- The Other Side of Heaven (2001) — Cənnətin o biri tərəfi
- Nicholas Nickleby (2002) — Nikolas Niklbi
- Ella Enchanted (2004) — Sehrlənmiş Ella
- The Princess Diaries 2: Royal Engagement (2004) — Şahzadənin gündəliyi 2: Kral nişanı
- Havoc (2005) — Qarışıqlıq
- Brokeback Mountain (2005) — Brokbek dağı
- The Devil Wears Prada (2006) — Şeytan Prada geyinir
- Becoming Jane (2007)— Ceyn olmaq
- Get Smart (2008) — Ağıllı ol
- Rachel Getting Married (2008) — Reyçelin toyu
Enn Heteuey aktyorluq fəaliyyətinə görə bir sıra nüfuzlu mükafatlara layiq görülüb:
- Oskar mükafatı – 2013, Les Misérables.
- Qızıl Qlobus – 2013, Les Misérables.
- BAFTA mükafatı – 2013, Les Misérables.
- Ekran Aktyorları Gildiyası mükafatı – 2013.
- Primetime Emmy mükafatı – 2010-cu ildə The Simpsons serialında səsləndirmə fəaliyyətinə görə.
Enn Heteuey 2026-cı ildə isə Disney Legends mükafatına layiq görülüb.
“Ədəbiyyat və incəsənət”
(12.11.2026)


