“Maraqlı söhbətlər”də Sultan Qanuni Süleyman və Yəhya Əfəndi Featured

Nemət Tahir,

“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Sultan Qanuni Süleymanın ağlına gələn bir fikir ona heç cür rahatlıq vermirdi: cox güclü vəziyyətə gətirdiyi Osmanlı imperiyasının axırı necə olacaq? Bu qüdrətli imperiya çökəcəkmi, dağılacaqmı?- deyə fikirləşirdi.

O, bu sualın cavabını almaq üçün baş vəzirini o dövrün məşhur türk alimi Yəhya Əfəndinin yanına göndərir.

Vəzir gedir, soruşur və qayıdır.

Qanuni Süleyman:

-O nə dedi?- deyə baş vəzirindən soruşur.

Baş vəzir:

-Onun cavabı bu oldu: ”Nəyimə lazımdır deyildiyi zaman” – deyə vəzir cavab verir.

– Başqa heç nə demədi? – deyə Qanuni Süleyman soruşur.

- Xeyr, əfəndim. O, ancaq bu cümləni dedi - deyə baş vəzir deyir.

Süleyman uzun müddət bu sualın cavabını düşündükdən sonra nəhayət, məşhur alimə məktub yazır və bunun nə demək olduğunu izah etməyi xahiş edir.

Məşhur alim Yəhya Əfəndi də məktub yazıb Qanuni Süleymana göndərir.

Məktub belədir:

* Bir dövlətdə zülm yayılırsa, haqsızlıq, qanunsuzluq, rüşvət adiləşirsə, eşidənlər "nəyimə lazımdır" deyib uzaqlaşırsa, qoyunları canavar yox, çobanlar yeyirsə,

* Bilənlər bunu deməyib susarsa və gizlədirlərsə,

* Kasıbların, möhtacın, yoxsulların, kimsəsizlərin fəryadı göylərə qalxarsa, onların səsini daşdan başqa heç kim eşitməzsə,

O zaman dövlətin sonu görünür.

* Belə hallardan sonra dövlətin xəzinəsi boşalır.

•  İnsanların inamı və etimadı sarsılır.

* Qanuna tabe olmaq hissi yox olur.

* İnsanların ümidləri puç olur, ona görə də dövlətin dağılması qaçılmaz olur.

Bu məktub 500 il əvvəl yazılmışdır və indi də Topkapı Sarayında nümayiş etdirilir.

 

“Ədəbiyyat və incəsənət”

(06.11.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.