“Ədibin Evi” Mir Cəlal adına VI Hekayə Müsabiqəsini elan edib Featured

Görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlalın 1929-1941-ci illərdə İçərişəhərdə yaşadığı məkanda yaradılmış “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu Azərbaycan ədəbi irsinin tədqiq və təbliği ilə məşğul olur. Bu sırada artıq 6-cı ildir ki, keçirilən hekayə müsabiqəsi xüsusi yer tutur. Müsabiqə hər dəfə həm istedadlı yazarları ortaya çıxarır, həm də Azərbaycan ədəbiyyatını orijinal, maraqlı hekayələrlə zənginləşdirir.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, 1 noyabr 2026-cı il tarixindən  etibarən “Ədibin Evi” Mir Cəlal adına növbəti - VI Hekayə Müsabiqəsini elan edib. Gələn il martın 1-dək davam edəcək müsabiqə həm peşəkar, həm də həvəskar yazarlara açıqdır.

Müsabiqəsinin şərtləri dəyişməz qalır: təqdim edilən hekayələr Azərbaycan dilində yazılmalı, həcmi 1500 sözdən çox olmamalı, yeni olmalı -ə vvələr çap və ya elektron şəkildə yayılmamalı, bir də son günlər qələm əhlinin yorulmdan müraciət etdiyi süni intellektdən istifadə edilmədən yazılmalıdır.

Hekayələr müəlliflərin adı, soyadı, əlaqə məlumatı ilə birgə 2027-ci il martın 1-dək elektron şəkildə Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına göndərilməlidir.

Hekayə mövzusu sərbəstdir. Müsabiqəyə yekun 2027-ci ilin aprelin sonunda vurulacaq.

 

Mükafat fondu isə ənənəvi olaraq yüksəkdir:

1-ci yer üçün 3000 AZN;

2-ci yer üçün (2 nəfər) 2000 AZN;

3-cü yer üçün (3 nəfər) 1000 manat AZN.

 

Müsabiqənin şəffaf və obyektiv keçirilməsinə onun olduqca nüfuzlu Münsiflər heyəti, eləcə də görkəmli yazıçımız Mir Cəlalın adına layiq vicdanlı, şərəfli fəaliyyəti ilə tanınan “Ədibin Evi” tam zəmanətdir.

 

“Ədəbiyyat və incəsənət”

(03.11.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.