Nemət Tahir,
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Dünya əhalisinin cəmi 0.2%-ni təşkil edən bir millət, necə olur ki, Nobel mükafatlarının 22%-nə sahiblənir?
Nobel mükafatı siyahılarına baxanda maraqlı bir fenomen diqqət çəkir: Yəhudi mənşəli elm adamları, xüsusən də İqtisadiyyat sahəsindəki mükafatların təxminən 40%-ni qazanıblar. Bəs bu qeyri-adi intellektual uğurun arxasında nə dayanır?
Sosioloqlar və tarixçilər bunu 4 əsas səbəblə izah edirlər:
1. Kitab və təhsil kultu: Yəhudi mədəniyyətində savadlılıq min illərdir ki, ən ali dəyərdir. Orta əsrlərdə kütləvi savadsızlıq hökm sürəndə belə, bu icmada hər bir uşağın mütaliə etməsi məcburi idi. Ailələrdə aşılanan əsas fəlsəfə budur: "Maddi sərvətini itirə bilərsən, amma biliyin əlindən alına bilməyəcək yeganə mülkündür."
2. Müzakurə və təfəkkür mədəniyyəti: Onların intellektual ənənəsi kor-koranə itaətə deyil, tənqidi təfəkkürə əsaslanır. Məktəblərində müəllimin dediyini birbaşa qəbul etmək yox, ona sual vermək, doqmaları sorğulamaq tələb olunur. Elm elə məhz bu nöqtədən — sorğulamaqdan başlayır!
3. Tarixi "məcburiyyətlər": Əsrlər boyu Avropada yəhudilərin torpaq sahibi olmasına icazə verilmirdi. Bu da onları şəhərlərə köçməyə və yalnız ağıl, savad tələb edən sahələrə — tibb, hüquq, ticarət və bankçılığa yönəlməyə məcbur etdi. Elm və sənaye inqilabı başlayanda onlar intellektual olaraq hər kəsdən daha hazırlıqlı idilər.
4. Çətinliklərdən doğulan rəqabət: Tarix boyu məruz qaldıqları təqiblər və məcburi köçlər onları hər zaman digərlərindən daha rəqabətədavamlı olmağa vadar etdi. İkinci Dünya Müharibəsi zamanı Avropadan ABŞ-yə qaçan Albert Eynşteyn kimi yüzlərlə dahi zəka Amerika universitetlərinin elmi ekosistemi ilə birləşərək Nobel zirvəsini fəth etdi.
Başqa amillər arasında güclü lobbiçilik fəaliyyətləri, uğurlu şəxsiyyətlərin yollarının açılması, kiçik yaşlardan perspektiv və qabiliyyətə uyğun sahələrə yönəldilmə sayıla bilər. Qısası; güclü təhsil ənənəsi və tarixi zərurət bu kiçik xalqı dünya elminin nəhənginə çevirdi.
“Ədəbiyyat və incəsənət”
(28.10.2026)


