Nemət Tahir,
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Bir gün Afina bazarında kimsə Sokrata:
- Sən əclaf, cahil və içki düşkünüsən !-deyərək onu təhqir edir.
Sokrat ona baxaraq cavab vermir, sadəcə gülümsəyir...
Onu tanıyan varlı bir adam bu səhnəni izləyərkən ondan soruşur:
- Belə təhqirlərə necə dözürsən? Özünü pis hiss etmirsən?
Sokrat yenə gülümsəyərək ona deyir:
-Gedək mənimlə ...
Həmin adam onunla köhnə, tozlu bir anbara qədər gedir...
Sokrat bir məşəl yandırır və yararsız, cırıq bir plaşı tapana qədər ətrafa baxmağa başlayır... Sonra o, tapdığı bu plaşı həmin adama verir və deyir:
-Bunu geyin, sənə çox yaraşacaq.
Kişi plaşa baxaraq hirsli halda:
-Dəli olmusan, Sokrat? Mən köhnə, yırtıq plaşımı geyinəcəyəm?-deyə o, plaşı Sokratın üstünə atır.
-Bax, -Sokrat deyir - sən çirkli və köhnə plaşı geyinməyi rədd etdin. Eynilə, həmin adamın absurd və kobud sözləri məni də təsirləndirmədi...
Kimsə sənə istəmədiyin bir şeyi verəndə və sən onu qəbul etmədiyin zaman rədd edilən hədiyyəni kim alır?
Başqalarının təhqirlərinə üzülmək və qəzəblənmək, onların atdıqları cır-cındırı geyinməyi qəbul etmək kimidir...
Sınaqsız həyat yaşamağa dəyməz...
Ən ağıllı insan bilmədiyini bilən insandır...
Mən heç kimə heç nə öyrədə bilmərəm, sadəcə düşünməyə vadar edə bilərəm...
Yalnız bir yaxşılıq var: Bilik...
Yalnız bir pislik var: Cahillik...
“Ədəbiyyat və incəsənət”
(27.10.2026)


