“Maraqlı söhbətlər”də milyonçu Morqan və çoxbilmiş gənc Featured

Nemət Tahir,

“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Kiçik biznes sahibi olan bir gənc görkəmli bankir-biznesmen, milyonçu Con Pirpoynt Morqana (1837-1913) məktub göndərib, ona 10 dəqiqə vaxt ayırmağı xahiş edir və hər dəfə rədd cavabı alır. Sonra o 5 dəqiqəlik görüş xahiş edir və yenə də rədd cavabı alır, çünki Morqan yalnız iri biznesmenlər və maliyyə maqnatları ilə işbirliyinə gedirdi.

İnadkar gənc yenidən məktub yazır:

"Bankınızın qapısından maşına qədər sərf etdiyiniz vaxtı mənim üçün ayırın."

Bu dəfə Morqan razılaşır. Təyin olunmuş vaxtda gənc "Uoll-strit bossu"nu qapıda qarşılayır, özünü təqdim edir və bir kəlmə söz demədən maşına tərəf addımlayır. Maşına çatdıqdan sonra Morqan təəccüblə soruşur:

- Siz düz bir il mənimlə görüşməyə can atmısınız, indi niyə susursunuz?

Gənc biznesmen cavab verir:

- Mənə sizinlə yanaşı getmək kifayətdi. Bu dəqiqədən etibarən bütün Uoll-strit bizim birgə getməyimizdən, mənim sizə yaxınlığımdan danışacaq. Deməli, istənilən bank mənə həvəslə kredit verəcək.

 

 “Ədəbiyyat və incəsənət”

(21.10.2026)

 

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.