Nemət Tahir,
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
7 il qalacağı həbsxanaya daxil olanda onun cəmi 18 yaşı var idi. Ailəsi üzülməsin deyə onlara onun Almaniyaya getdiyini deyiblər. Ona görə də həbsxanada onu ziyarət etməyə heç kəs gəlmirdi. Yeganə təsəllisi həbsxanadakı məhbusları əyləndirmək üçün etdiyi zarafatlar və müxtəlif oyunlar göstərməsi idi...
25 yaşı tamam olanda günahsız bilinib və siyasi düşüncələrinə görə girdiyi həbsxanadan "Bir gün yenə bura gələcəm" deyə çıxır.
Və süzünə əməl də edir. Lakin həbsxanaya məhkum kimi yox,aktyor kimi gəlir. 1 il sonra yaratdığı “Könüllü teatrçı” kimi həbsxanalarda teatr tamaşaları oynamağa başlayır.
İçəridə gördüyü işgəncələr görə bir daha övlad sahibi ola bilməyəcəkdi. Ona görə teatr sayəsində qarşılaşdığı məhbusların uşaqlarını övladlığa götürməyi başlayır. Çünki bu uşaqların küçə və cinayət yönümlü olduğunu anlayırdı. Əvvəlcə o uşaqlara təhsil verməklə işə başladı, sonra onların ehtiyaclarını təmin edib, evlərinə ərzaq apardı. Uşaqların sayı artdıqca teatrdan qazandığı pul onların ehtiyacını ödəmədiyini görüb, marketlərdə limon, neylon torba, çay satmağa başladı...
Bəli, oxuduğunuz bu kədərli hekayədə bəhs etdiyimiz şəxs oynadığı serial və filmlərdən hamımızın tanıdığı türk aktyoru Turqay Tanülküdür.
Ümumilikdə Tanülkü 26 uşağı övladlığa götürüb. Onlardan artıq 11 nəfəri məktəbi bitirib. Tanülkü onların hətta evlə təmin olunmasında da köməyini əsirgəməyib.
8 nəvəsi olan məşhur aktyor Beynəlxalq Xeyirxahlıq Mükafatına layiq görülüb
Küçələrdə itmək üzrə olan uşaqları tərbiyə edib qaranlıq dünyalarından çıxardığı üçün və ən əsası bunu illərlə reklam materialı kimi istifadə etmədiyi üçün dünyanın Turqay Tanülkü kimi insanlara çox ehtiyacı var.
“Ədəbiyyat və incəsənət”
(12.10.2026)


