Nemət Tahir,
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Bu əhvalat maraqlı olduğu qədər də inanılmazdır, insanın bu qəribə dünyada hardan hara sürüklənə biləcəyinə bir nümunədir.
Dünyaşöhrətli rəssam Leonardo da Vinçi 1495-1498-ci illərdə “Gizli şam yeməyi” əsərini yaradarkən, burada iki fiqura: İsa peyğəmbər və satqın İudaya xüsusi əhəmiyyət verirdi. O, çox uzun müddət bu fiqurların çəkilə biləcəyi naturaçı tapa bilmirdi.
Nəhayət, o, gənc kilsə müğənniləri arasında İsa peyğəmbərin obrazı üçün bir modelçi tapa bilir. Bu, ən nümunəvi, ən çalışqan, ən intizamlı və ən uğurlu bir gənc ən yüksəkdəki insanın obrazına hədsiz uyğun gəlir və rəssam onu bacarıqla yaradır.
Amma satqın İudanın obrazını yaratmaq üçün Leonardo tam 3 il naturaçı axtarmalı olur. Ta ki, bir gün küçədə su arxında yatan bir sərxoş gənclə rastlaşana qədər. Gənc içkidən qocalmış bir simaya malik idi. Əsil həyatın dibindəki, əsil ən aşağıdakı, əsil ən neqativ adam.
Leonardo onu traktirə dəvət edir və dərhal da ondan İudanın obrazını yaratmağa başlayır. Bir qədər sonra özünə gələn sərxoş Leonardoya artıq bir dəfə ona poza verdiyini deyir. Leonardo təəccüblə bunu xatırlamadığını söylədikdə gənc ona inanılmaz bir şeyi söyləyir.
Bu sərxoş 3 il əvvəl Leonardo tərəfindən naturaçı kimi İsa peyğəmbərin obrazını yaratmaq üçün seçilmiş kilsə xorundakı həmin o gənc imiş...
Şəkildə: Söhbət bu rəsm əsərindən gedir.
“Ədəbiyyat və incəsənət”
(08.10.2026)


