Nemət Tahir,
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Filosoflar tarixində “yaltaqların ustadı” kimi tanınan qədim yunan filosofu Aristippin dostlarından biri ölümə məhkum edilir. Aristipp kralın hüzuruna gəlir və dostunun bağışlanması üçün ona yalvarır. Ancaq kralın onun dostunu bağışlamaq fikri yox idi. Yalvarışların bir nəticə vermədiyini görən Aristipp özünü kralın ayaqlarına atır və kralın ayaqlarını öpməyə başlayır. Onun bu hərəkətinə dözə bilməyən kral:
- Yaxşı, dostunu bağışlayıram. Dostunu da götür, özün də rədd ol burdan -deyir.
Aristippin bu hərəkəti isə dostlarının xoşlarına gəlməyir. Çünki filosof olan bir adam nə qədər yaltaq olsa da,bu qədər alçalmamalıydı. Onu məzəmmət edəndə Aristipp onlara belə cavab verir:
-Günah məndə deyil, dostlar! Çünki kralın qulaqları başında yox, ayaqlarındadır...
“Ədəbiyyat və incəsənət”
(30.09.2026)


