Nemət Tahir,
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Bu foto 1981-ci ildə Misir prezidenti Ənvər Sədata sui-qəsd edildiyi an çəkilmişdir.
1979-cu ildə Misirlə İsrail arasında sülh sazişi bağlanır. İllərlə düşmənçilik etmiş bu ölkələr arasında əlaqələr yumşalır və hər iki ölkə dünyaya örnək olunası davranış sərgiləyirlər. Misir İsraili dövlət olaraq tanıyan ilk ərəb ölkəsi olur. İsrail isə döyüş zamanı ələ keçirdiyi Sinay yarımadasını geri qaytarmağı öhdəliyini götürür. Beləliklə,illərin qanlı savaşları bitir.
1981-ci il oktyabrın 6-da televiziya ilə birbaşa yayımlanan hərbi parad zamanı tribunanın önündə olan Ənvər Sədat islamçı qruplaşmalar tərəfindən bütün dünyanın gözü qarşısında qətlə yetirilir.
Ənvər Sədatı öldürəni məhkəmə qarşısına çıxardanda, hakim:
-Prezidenti niyə öldürdün?- deyə soruşur.
-Sekulyar idi -deyə müttəhim cavabını verir.
-Sekulyarnədir?- deyə ondansoruşduqda, o: -Bilmirəm - cavabını verir.
Sekulyar — dinindövlətişlərindən, siyasətdən, təhsildənvə gündəlikictimaihəyatdanayrı olmasını, yənidünyəvixarakterdaşımasını bildirənanlayışdır.
Bu yerdə az qalırsan qatilin səmtinə “heç dəxli var” deyə replika atasan.
Çox təəssüf ki dini fanatizm, radikal islamçılıq bu gün də dünyanın ən gözəl dini olan İslam dinini gözdən salmağa çalışır.
“Ədəbiyyat və incəsənət”
(29.09.2026)


