Nemət Tahir,
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Bir gün canavar iti danlayaraq, ona deyir:
-Ey əmioğlu, insanoğlunu necə birisi kimi tanıyırsan?
İt:
-Onlar bir kimsəni təhqir etmək istədikdə, ona “köpək” deyirlər.
Canavar:
-Sən heç onların uşaqlarını yemisənmi?
İt:
-Xeyr!
Canavar:
-Heç onlara vəfasızlıq etmisənmi?
İt:
-Xeyr!
Canavar:
-Heç mənim hücumlarıma qarşı onları qorumusanmı?
İt:
-Çox qorumuşam.
Canavar:
-İnsanlar bacarıqlı birisini necə adlandırırlar?
İt:
-“Canavar” adlandırırlar.
Canavar:
- Bəs biz sən itə lap əvvəldən canavar qalmağı nəsihət etmədikmi? Bax əmioğlu, mən onların uşaqlarını da öldürmüşəm, qoyun-quzularını da parçalamışam, dəfələrlə vəfasızlıq etmişəm. Buna baxmayaraq onlar hələ də öz qəhrəmanlarına “CANAVAR”deyə xitab edirlər. Ey əmioğlu, sən bir şeyi öyrənməlisən ki, həqiqətən insanoğlu öz CƏLLADını ucaldıb, ona qulluq edir, lakin ona vəfalı olanı isə alçaldıb aşağılayır.
“Ədəbiyyat və incəsənət”
(28.09.2026)


