Nemət Tahir,
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Bu sitat Nelson Mandelaya – Cənubi Afrika Respublikasının aperteid əleyhinə ən barışmaz mübarizəçisi və ölkənin ilk qaradərili prezidentinə məxsusdur. Düşünürəm ki, sizlər üçün çox faydalı olacaq.
Prezident olandan sonra cangüdənlərimdən şəhərə gəzintiyə çıxmalarını xahiş etdim. Gəzintidən sonra nahar etmək üçün restorana getdik. Mərkəzi restoranların birində oturduq və hər birimizdən nə istədiyimizi soruşdular. Qısa gözləmədən sonra bir ofisiant menyumuzu gətirdi. Bu zaman mən düz bizim qarşısımızdakı stolda oturmuş və sifarişini gözləyən bir adamı gördüm. Onun sifarişi gələndə,cangüdənlərdən birinə dedim ki, o adamdan xahiş elə, gəlib bizə qoşulsun. Cangüdən ona yaxınlaşaraq,mənim xahişimi ona çatdırdı. Həmin adam ayağa qalxdı, boşqabındakı yeməyi götürüb yanımda oturdu. Yemək yeyərkən əlləri titrəyirdi, başını bir dəfə də olsun qaldırmırdı. Yeməyini yedikdən sonra üzümə belə baxmadan,əlini mənə yellədi. Mən onun əlini sıxdım və o çıxıb getdi.
Cangüdənim mənə dedi:
- Madiba, bu adam yəqin ki,bərk xəstələnib, yemək yeyərkən əlləri titrəyirdi.
- Heç də yox! Onun sarsıntısının səbəbi başqadır, - deyə cavab verdim. Onlar mənə qəribə tərzdə baxdılar. Mən onlara dedim:
- Bu adam mənim həbsdə qaldığım həbsxananın gözətçisi idi. Tez-tez məruz qaldığım işgəncələrdən sonra qışqırıb su istəyirdim, o isə məni alçaltmağa gəlirdi, mənə gülürdü,ələ salırdı. Hətta bir dəfə mənə su vermək əvəzinə başımı öz sidiyi ilə murdarlamışdı da. O xəstə deyildi, qorxurdu və titrəyirdi, bəlkə də ehtiyat edirdi ki, indi Cənubi Afrikanın prezidenti olduğum üçün onu həbsxanaya göndərəcəm və mənə etdiyi işgəncə və alçaldıcı şeyləri mən də ona edəcəyəm. Amma bunu mən etmərəm. Bu davranış mənim xarakterimə və etikama uyğun deyil. İntiqam axtaran ağıllar dövləti məhv edir, barışıq axtaranlar isə millət yaradır.
“Ədəbiyyat və incəsənət”
(04.09.2026)


