Məktəbi bitirdikdən sonra aktyor olmaq məqsədilə Los-Ancelesə getdi və… Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

AaronPaulkiçikyaşlarındanaktyorluğamaraqgöstərib. Ortaməktəbibitirdikdənsonraaktyorolmaqməqsədilə Los-Ancelesə gedib. Və onda alınıb. İndi o, ABŞ serial industriyasının parlaq simalarından biridir.

Bu günsə, doğum günüdür.

 

Aaron Paul — tam adı Aaron Paul Sturtevant, 27 avqust 1979-cu ildə ABŞ-ın Aydaho ştatının Emmett şəhərində anadan olan amerikalı aktyordur. O, dünya miqyasında ən çox “Breaking Bad” serialındakı Jesse Pinkman rolu ilə tanınır.

İlk illərdə müxtəlif televiziya reklamlarında və kiçik rollarda görünərək təcrübə toplayıb. 1990-cı illərin sonlarından etibarən müxtəlif serial və filmlərdə epizodik rollar almağa başlayıb. Onun ilk dövr yaradıcılığında Beverly Hills, 90210, The X-Files, ER, CSI: Miami və başqa televiziya layihələrində çıxışları olub.

Aaron Paulun karyerasında əsas dönüş nöqtəsi 2008-ci ildə yayımlanmağa başlayan Breaking Bad serialı olub. Serialda o, kimya müəllimi Walter White ilə birlikdə narkotik istehsalına başlayan gənc Jesse Pinkman obrazını canlandırıb. Əvvəlcə Jesse serialın əsas qəhrəmanlarından biri kimi uzun müddət qalması planlaşdırılan obraz olmayıb.

 Lakin Aaron Paulun ifası və Jesse obrazının tamaşaçılarda yaratdığı maraq nəticəsində personaj serialın ən mühüm simalarından birinə çevrilib. Jesse Pinkman sadəcə kriminal aləmdə olan gənc kimi deyil, vicdanı, günahkarlıq hissi, peşmanlığı, dostluq və insanlığını qorumaq mübarizəsi ilə təqdim olunur. Aaron Paul bu daxili dəyişiklikləri çox emosional şəkildə canlandırıb. Bu rola görə o, 3 dəfə Primetime Emmy mükafatına layiq görülüb.

2019-cu ildə Breaking Bad hadisələrinin davamını izah edən “El Camino: A Breaking Bad Movie” filmi yayımlanıb. Aaron Paul burada yenidən Jesse Pinkman roluna qayıdıb. Film Jesse-nin serialın finalından sonra keçirdiyi günlərdən və keçmişindən qurtulmaq cəhdindən bəhs edir. Aaron Paul yalnız Breaking Bad ilə məhdudlaşmayıb. O, müxtəlif janrlarda filmlərdə və seriallarda iştirak edib.

 

Əsas işləri arasında:

- Westworld — Caleb Nichols

- BoJack Horseman — Todd Chavez-in səs rolu

- Need for Speed — Tobey Marshall

- The Path — Eddie Lane

- Big Love

- Black Mirror — müxtəlif layihələrdə

- Truth Be Told

- Dual

 

Xüsusilə BoJack Horseman animasiya serialında Todd Chavez obrazını səsləndirməsi onun komediya və səs aktyorluğu bacarığını da göstərib. Aaron Paul 2013-cü ildə Lauren Parsekian ilə evlənib. Cütlüyün iki övladı var. Paul şəxsi həyatını ümumiyyətlə mediadan uzaq saxlamağa çalışır. Onun maraqlı xüsusiyyətlərindən biri də budur ki, Bryan Cranstonla — Breaking Bad serialında Walter White rolunu oynayan aktyorla serialdan sonra da yaxın münasibətini qoruyub.

Aaron Paulun əsas gücü emosional səhnələrdə özünü göstərib. Jesse Pinkman obrazında qorxu, peşmanlıq, qəzəb, sevgi, ümidsizlik və vicdan əzabını çox təbii şəkildə çatdırması onun aktyor kimi fərqlənməsinə səbəb olub. Jesse Pinkman onun həm ən məşhur, həm də karyerasını müəyyən edən obrazıdır. Buna görə Aaron Paulun adı müasir televiziya tarixində ən yadda qalan aktyor performanslarından biri ilə — Jesse Pinkmanla — ayrılmaz şəkildə bağlıdır.

 

“Ədəbiyyat və incəsənət”

(27.08.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.