“Maraqlı söhbətlər”də arılar barədə bilmədiklərimiz Featured

Nemət Tahir,

“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Arılar tikinti işində - pətək qurmaqda tikinti mühəndislərindən də, arxitektorlardan da dəqiqdirlər. Belə ki, alimlər çox cəhd etmişlər ki, arılar şanı qurmaq qabiliyyətini dəyişsinlər. Lakin bacarmamışlar. Nə olursa – olsun, arılar pətəkdə məsamələrin bucağını 109° 28′ 16.3″ bucaqda quracaqlar.

 

Arılar pətəyi həm aşağıdan yuxarıya,həm də yuxarıdan aşağıya qura bilirlər.

Arıların davranışı çox heyranedicidir. Ana arı yumurta qoyur,işçi arı bal yığır. Bir ana arı bütün həyatı ərzində maksimum 1–2 milyon yumurta qoya bilir.

İşçi arıların bir hissəsi sanitar, bir hissəsi “qapıda” (deşikdə) duraraq gözətçi rolunu oynayır. Xidmətçi arılar öz qanadları ilə arı yeşiklərini (və ya yaşadığı yeri) elə təmizləyir ki, ora parıldayır. Sanitar rolunu oynayan arılar isə ölmüş arıları bayıra tullayırlar. Gözətçi arılar isə kənar arıları içəri buraxmayıb, içəri girən başqa arını öldürürlər.

Arı ailəsində həyatı əsasən nəzarətçi arılar idarə edir. Bəzi arıçı alimlər hesab edirlər ki, arıların həyatını gizli arı “komitəsi” idarə edir.

Mütəxəsislərin dediyinə görə, gələcəkdə Yer kürəsində bal hasilatı neştərsiz arıların artmasından asılı olacaqdır.

Neştərsiz arılar həqiqətən çox zəhmətkeşdir. Belə ki, 1 kq bal toplamaq üçün onlar 1 milyon çiçəkdən şirə götürür, 300 000 km -ə qədər məsafəyə uçurlar. Bu isə ekvator boyunca 7 dəfədən çox fırlanmağa bərabərdir.

Təbiətdə arı növünün yox olması 100 000 bitki növünün yox olması demək olardı.

Qeyd edək ki, arı balı yüz illər, hətta min illər qalır, lakin xarab olmur.

 

“Ədəbiyyat və incəsənət”

(17.08.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.