“Maraqlı söhbətlər”də Berinqdəki iki yanaşı ada Featured

Nemət Tahir,

“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Berinq boğazının ortasında, bir-birindən cəmi 3,8 kilometr məsafədə yerləşən iki ada var.

Bunlardan biri Rusiyaya, digəri isə ABŞ-ın Alyaska ştatına məxsusdur.

 

İki adanın arasından Beynəlxalq Tarix Dəyişmə Xətti keçdiyi üçün aralarında dəqiq 21 saat vaxt fərqi var.

Bu səbəbdən bir adadan digərinə baxdıqda, sözün

əsl mənasında sabahı görmüş olursunuz.

Buna görə də adalara "Dünənin adası" və "Sabahın adası" ləqəbləri verilib.

Nəzəri olaraq kiçik bir qayıqla iki ada arasını 10-15 dəqiqəyə, sürətli qayıqla isə 5-10 dəqiqəyə qət etmək mümkündür.

Lakin reallıqda bu səyahəti etmək mümkün deyil.

Çünki iki ada arasında ABŞ ilə Rusiyanın beynəlxalq sərhədi yerləşir və Rusiya tərəfindəki Böyük Diomed adası hərbi nəzarət zonası olduğu üçün mülki şəxslərin daxil olmasına icazə verilmir.

Soyuq müharibə dövründə bu bölgə ABŞ ilə Sovet İttifaqı arasındakı ən mühüm sərhəd nöqtələrindən biri kimi tanınırdı.

 

“Ədəbiyyat və incəsənət”

(10.08.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.