“Maraqlı söhbətlər”də Ronaldonun kapitan sarğısının hikməti Featured

Nemət Tahir,

“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Yəqin ki futbolsevərlər  2021-ci il martin 27-də  Dünya çempionatının seçmə oyunu zamanı Serbiya-Portuqaliya oyununun son dəqiqələrində baş verənləri yaxşı xatırlayır. Həmin oyunda Portuqaliya yığmasının kapitanı Kriştiana Ronaldo oyunun son saniyələrində vurduğu təmiz qolu hakim Danni Makkeli hesaba almamışdı. Hisslərini cilovlaya bilməyən Ronaldo kapitan sarğısini qolundn çıxararaq,yerə tullamışdı. Onun bu hərəkətinə görə doğma ölkəsində də qınayanlar çox olmuşdu. Amma ən maraqlısı da bundan sonra baş vermişdi.

Oyundan sonra həmin gün stadionda növbətçi olan yanğınsöndürən Corce Vukiçeviç kapitan sarğısını götürmüş və onu xəstə uşaqların müalicəsi üçün ianə toplayan humanitar təşkilata vermişdir. Humanitar təşkilat da öz növbəsində kapitan sarğısını xeyriyyə hərracında 75 000 dollara satmışdır. Bu məbləğ isə ağır xəstə olan 6 aylıq Qavril Curceviçin həyatını xilas etmişdir.

Qeyd edək ki, həmin oyun 2:2 hesabı ilə başa çatmışdı.

Bax belə! Kiminçünsə gərəksiz olan parça qırığı kiminçünsə həyat dəyərində oldu.

 

“Ədəbiyyat və incəsənət”

(07.08.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.