Nemət Tahir,
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Alimlər qeyd edirlər ki, əgər Yer üzündə ən dəhşətli apokalipsis baş verərsə, yeganə sağ qalan bu canlı olacaq.
Təsəvvür edin: Selsi ilə 150 dərəcə isti, 273 dərəcə soyuq temperatur onun üçün adi şeydir. 6 000 atmosfer təzyiqinə, 500 000 rentgen radiasiyasına (müqayisə üçün deyək ki, insan üçün ölümcül doza cəmi 500 rentgendir) dözümü var. O, on illərlə ac qala bilir. Lakin ən maraqlısı isə onun 100 il susuz olaraq yaşaya bilməsidir. Bu onurğasız heyvanın mikroskop altında ölçüsü cəmi 1,5 mm-dən böyük deyil. Çox yavaş hərəkət edir : dəqiqədə 2-3 millimetr gedir. 8 ayağı var. Ayı pəncəsinə oxşadığına görə ona Balaca Su Ayısı da deyirlər. Əsl adı isə tardiqraddır.
Bu heyvan 1777-ci ildən elmə məlum olsa da, alimlər hələ də onun fenomenal yaşayış tərzini öyrənə bilməyiblər.
“Ədəbiyyat və incəsənət”
(05.08.2026)


