Nemət Tahir,
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Cənubi Koreyaya əlverişli və yüksək keyfiyyətli plastik əməliyyat üçün gələn bir çox çinli vətəndaş pasport şəkillərinin yeni görünüşlərinə uyğun gəlməməsi səbəbindən ölkələrinə yenidən daxil olmaqda çətinlik çəkir. Əməliyyatdan sonra yeni üz cizgiləri köhnə pasport şəkli ilə uyğun gəlmir. Bun görə də Cənubi Koreya tibb mərkəzləri bu məsələni aradan qaldırmaq üçün xəstələrə əməliyyatlarını təsdiqləyən möhür və pasport nömrəsi ilə birlikdə xüsusi sertifikatlar verir.
Qeyd edək ki, Seulda kosmetik cərrahlar göz qapaqlarının korreksiyasından tutmuş üzün tam rekonstruksiyasına qədər istənilən növ əməliyyat həyata keçirirlər. Buradakı klinikalar Çindəkindən daha təhlükəsiz və hətta daha təmizdir. Ümumiyyətlə, Cənubi Koreya, dünyada edilən bütün estetik əməliyyatların təxminən 25%-ni təşkil edən mübahisəsiz plastik cərrahiyyə paytaxtıdır. Burada dünyanın hər yerindən gələn xəstələr demək olar ki, cərrahi dəqiqliklə yerinə yetirilən əməliyyatlardan keçirlər.
Cənubi Koreya dünyada ən çox plastik cərrahın olduğu ölkədir. 51 milyon əhalisi olan Cənubi Koreyada bu sahə üzrə 2700-dən çox mütəxəssis çalışır.
“Ədəbiyyat və incəsənət”
(03.08.2026)


