“Maraqlı söhbətlər”də müəllim və saat oğrusu olan şagird Featured

Nemət Tahir,

“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Avropada bu ibrətamiz əhvalat çox məşhurdur. Mən də qərara gəldim ki, onu rubrikamda sizlərlə bölüşüm.

 

Bir dəfə bir gənc vaxtilə ona dərs demiş müəllimi ilə rastlaşır. O,yaşlı müəllimə yaxınlaşıb soruşur:

-Siz məni xatırlayırsınız? Mən sizin şagirdiniz olmuşam.

-Bəli,mən səni 3-cü sinifdən xatırlayıram. İndi nə ilə məşğulsan?

-Müəlliməm.Dərs deyirəm.

-Bu seçimi etməyə sənə nə vadar etdi?

-Nə yox,kim. Əlbətdə kisiz.

-Çox maraqlıdır. Məmim təsirim sizə necə oldu ki,bu peşəni seçdiniz?

-Siz doğrudan da xatırlamırsınız? İcazə verin,yadınıza bir şey salım. Bir gün sinif yoldaşım valideynlərinin ona hədiyyə etdiyi qolunda gözəl bir saatla sinfə gəldi. O,bayıra çıxarkən saatı qolundan çıxarıb,partanın siyirməsinə qoydu. Mən həmişə belə bir saatım olduğunu arzulamışdım. Özümü saxlaya bilmədim,saatı partanın siyirməsindən götürdüm. Bir az keçmiş həmin oğlan göz yaşları içində sizə yaxınlaşaraq bildirdi ki,saatını oğurlayıblar. Siz bütün sinifi nəzərdən keçirib dediniz:”Kim bu oğlanın saatını götürüsə,xahiş edirəm yerinə qoysun.”

Mən çox utandım. Amma saatla da ayrılmaq istəmətiyimdəngötürdüyümü etiraf etmədim. Onda siz qapıya tərəf gedərəkqapını bağladınız. Hamımızı qabağa çıxardaraq sıraya düzüb dediniz:”Mən sizin ciblərinizi yoxlamağa məcburam. Amma bir şərtlə ki,hamı gözünü yumsun.”

Həmin an həyatımda ən utanverici hiss idi. Siz şagirdlərin ciblərini bir-bir yoxlamağa başladınız. Növbə mənə çatanda,hiss etdim ki,siz saatı cibimdən götürdünüz,amma dayanmadan axıra kimi sırada düzülmüş uşaqların cibini yoxlamağa davam etdiniz. Sonra dediniz:”Uşaqlar,hər şey qaydasındadır,gözünüzü açaraq yerinizdə otura bilərsiniz.”

Siz saatı sahibinə qaytardınız,amma bu hadisə haqqında bir kəlmə belə danışmadınız.

Həmin gün siz mənim ruhumu,şərəfimi xilas etdiniz. Siz məni yaramaz,yalançı,oğru bir uşaq kimi ləkələmədiniz. Bu hadisə barədə heç kimə də bir söz demədiniz. Siz hətta vaxt tapıb,bu haqda mənimlə də danışmadınız. Zaman keçdikcə başa düşdüm. Çünkisiz əsl müəllim olaraq həyatı hələ yenicə formalaşmağa başlayan şagirdin ləyaqətini alçatmaq istəmirdiniz. Ona görə də mən də pedaqoq olmağa qərar verdim.

Bu hadisənin təsirindən hər ikisi bir qədər susdu. Sonra gənc müəllim soruşdu:

-Əgər siz məni bu gün tanıdınızsa,deməli həmin epizodda da məni xatırlayırsınız?

Yaşlı müəllim cavab verdi:

-Məsələ ondadır kioğlum,həmin epizodda mən də sizin ciblərinizi gözümü yummuş şəkildə axtarırdım...

 

“Ədəbiyyat və incəsənət”

(31.07.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.