Top-10: Yay fəslinin ən çox oxunan kitabları Featured

Kənan Məmmədli,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Bu yay dünya hansı janrda, hansı kitabları oxuyur?

Sirr deyil ki, bizim ölkəmizdə bədii ədəbiyyat nümunələri arasında detektivlər çoxoxunma statistikası ilə öyünürlər. Eləcə də ucdantutma şəxsi inkişaf və motivasiya kitabları oxunur. Dünya üzrə isə 2026-ci ilin bu yay günlərində istirahət zamanı təbii ki, yüngül ədəbiyyat janrı hesab olunan detektiv janrından başqa trillerə və fenteziyə də müraciət edənlər çoxdur. Bəs indi ən çox hansı kitablar oxunur?

 Dünyanın ən populyar kitab platformalarından biri olan “Litres”in bu sahədə araşdırmasını “Ədəbiyyat və incəsənət” portalı olaraq sizlərə təqdim edirik.

 

Dünya üzrə yay mövsümündə və tətil günlərində oxucuların seçdiyi ən populyar üç kitab:

1.    Suzanna Kollinz, “Oraq səsinin doğuşu”

(Sunrise on the Reaping)

Syuzanna Kollinsin məşhur "Aclıq oyunları" seriyasına daxil olan və satış rekordları qıran həyəcanlı romanı.

 

2. Emili Henri – “Böyük və gözəl həyat”

(Great Big Beautiful Life)

Emili Henrinin dəniz kənarı tətilləri üçün ideal olan, romantik və ruhlandırıcı bestseller əsəri.

 

 

3.Teylor Cenkins Rid – “Atmosfer”

(Atmosphere)

 

Teylor Cenkins Ridin geniş oxucu kütləsi və kitab klubları tərəfindən seçilən cəlbedici hekayəsi.

 

 

4. Aleksandra Endryus, "Mod Dikson kimdir?"

Florens Mod Dikson təxəllüsü altında gizlənən bir yazıçının köməkçisi olaraq çalışır. Bir gün qadınlar Mərakeşdə qəzaya uğrayırlar. Mod itir və Florens xəstəxanada özünə gəldikdən sonra özünü Mod kimi qələmə verməyə qərar verir. Patrisiya Haysmitin milyonlarla oxucusu olan "İstedadlı Mister Ripli" romanı ruhunda yazılmış  psixoloji trillerdir.

 

5.. Viktor Metos, "Gecə məxluqatları”

Bu, “Qatilin arvadı" adlı bestsellerin davamıdır. Jessika Yardli - Federal prokurorun köməkçisidir. Onun həyat yoldaşı isə seriya qatilidir və o, bunu başa düşməkdə acizdir. Cesika layiq olduğu vəzifəni daşıdığını sübut etmək üçün şəhəri lərzəyə gətirən növbəti manyakın tutulmasında iştirak etməyə başlayır. Manyak qurbanlara hədsiz əzablar verir və cinayətlərin yerlərində Sarpong rəsmləri ruhunda iz qoyur. Jessika növbəti qanlı bir qurban olmağa risk edir. Və görəndə ki, manyak onun həyat yoldaşıdır... Gerisini sadəcə oxumaq gərəkdir.

 

6. Meri Kubik, "Digər xanım"

Netflix-in ekranlaşdırmağa hazırlaşdığı, The New York Timеs-ın bestsellerləri sırasında qərarlaşan bu roman dedikcə maraqlı və çəkicidir, həyəcan verir və nəfəs kəsir. Uill və Seydi Foust uşaqlarıyla birlikdə Uillin dədə-babadanqalma köhnə evində məskunlaşıblar. Uillin bacısı illər öncə çardaqda özünü asaraq öldürüb, qardaşsa keçmişin mistikasına qapanmaq haqda düşünmək istəmir. Amma nahaq. Gələcəkdə bu evdə yaşadıqca ailəni yaxşı bir şey gözləməyəcək. Bir gün Seydi bir mesaj alacaq: "Ölməlisən". Başqa bir gün kimsə onların qonşusunu öldürəcək...

 

7. Cennifer Mikmaxon, "Məni qorxutmayın”

“Qış insanları” və "Məni içəri dəvət edin" trillerlərinin müəllifindən yeni bir şedevr. Neptun ləqəbli seriya qatili kiçik bir şəhəri qorxu içində saxlayır. O, qadınları oğurlayır, sonra isə cəsədləri polis binasının yaxınlığında qoyur. Reginanın anası beləcə itir, lakin 20 il sonra onu evsizlər üçün sığınacaqda sağ tapırlar. Bu bir mesaj deyilmi? Neptunun yeni məqsədi Taranı ovlamaqdır, Reginanın dostunu.

 

8. Nita Prouz, "Qulluqçu"

 

Kanadalı ədəbi redaktorun debüt romanıdır. Molli Grey erkən valideynlərini itirib və nənəsinin nəzarəti altında böyüyüb. Qız qapalıdır, insanlardan qaçır, amma tapmacaları sevir. Bəli, bəli. Tapmacaları sevir. Oteldə qulluqçu işləyən Molli bir dəfə iş növbəsi zamanı otelin nömrələrindən birində Mister Blekin meyitini aşkar edir. Polis Mollini əsas şübhəli hesab edir. O, təqsirsizliyini necə sübut etsin?

 

9. Jan-Kristof Qrange, "Tanrıların vədləri"

Berlində, 1939-cu ildə yüksək zümrədən olan qadınları öldürməyə başlayırlar. Onların hamısı qapalı kluba gedirlərmiş və hansısa Mərmər insan barədə yuxu görürmüşlər. İşi gizli polisə və mülki psixiatrlara verirlər, çünki ənənəvi təhqiqat üsullarına bu cür işdə etibar etmək olmaz. Nəticə başgicəlləndirici olur...

Tarixi dekorasiyalarda triller yazmaq tanınmış Fransa detektiv ustası Qrange üçün bir sınaq olub. Deyək ki, çox maraqlı və canlı çıxıb.

 

10. Tani Frenç, “Feytful-Pleys”

Məşhur müəllifdən çoxdan gözlənilən daha bir yenilik. Frenç janrın pərəstişkarlarına "Arxasında kölgə" və "Gizli yer" kimi bestsellerlər hədiyyə edib. Buna görə də bu növbəti romanı çoxları oxumaq həsrətində olublar. Feytful-Pleys küçənin adıdır və buradakı tərk edilmiş evlərdən birindən bir köhnə çamadan tapılır. Dublində yaşayan  detektiv Frenk Makki çamadandakı ilk sevdiyi qızın əşyalarını tanıyır. 20 il əvvəl o, səhərə qədər Rozini gözləmişdi. Sevgililər birlikdə xoşbəxtliklərinin ardınca qaçmaq istəyirdilər, amma qız gəlməmişdi. Nə baş verdiyini anlamaq üçün Frank keçmişə qayıtmaq məcburiyyətində qalır...

 

 

TOP-10-a düşməyə əsas namizədlər:

 

Stiven Kinq, "Billi Sammers"

Qəhrəman – Billi Sammers ABŞ dəniz piyadalarının keçmiş snayperidir, eləcə də əxlaq kodeksinə malik muzdlu qatildir. O, yalnız pis insanları təmizləyir. Sammers bu işdən uzaqlaşmağa qərar verir, amma son əmri yerinə yetirmək lazımdır – prinsipsiz killer Alleni öldürmək.

 

Kamilla Lekberq və Henrik Fekseus, "Mentalist".

Stokholmda qılınclarla deşilmiş sirk qutusu tapılır. İçində də qadın cəsədi. Kim özündən dəhşətli bir sehrbaz obrazı təsəvvür edib?

Müfəttiş Mina Dabiri məsləhətçisi qismində illüzionçu Vinsenti cəlb edir. Hər ikisi komandada işləməyə öyrəşməyiblər, amma indi ortada çox məsuliyyətli bir iş var: günahsız həyatın qırılması.

 

Şəkildə: Kitabı lider mövqeyinə yüksəlmiş Suzanna Kollinz çox məmnundur.

 

“Ədəbiyyat  və incəsənət “

(30.07.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.