Nemət Tahir,
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Doğulduqdan sonra onları ayırıb fərqli ailələrə verirlər.
Hər iki ailə bir-birindən xəbərsiz olaraq oğlanlarına Ceyms adını verirlər. Hər ikisi böyüyəndən sonra Linda adlı qadınlarla evlənirlər...
İnanılmazdır, deyilmi?
Daha sonrası bundan da betər inanılmazdır.
Sonradan hər ikisi boşanır və bu dəfə yenidən evlənərkən, evləndikləri qadınların adı isə Betti olur. Oğullarına demək olar ki, eyni adlar verirlər: Ceyms Alan və Ceyms Allan. Hər ikisi eyni markalı siqaret çəkir, hər ikisi “Chevrolet” sürür, hər ikisi mühafizəçi işləyir və bir-birindən xəbərsiz həmişə Florida çimərliyində istirahət edirdilər. Nəhayət, 1979-cu ildə, 39 yaşında görüşürlər. Minnesota Universitetinin alimləri əkizləri araşdırırlar və onların tibbi qeydlərinin və psixoloji test nəticələrinin demək olar ki, eyni olduğunu aşkar edirlər.
Bu hadisə insanı daha güclü şəkildə formalaşdıran genlər, tərbiyə ilə, yoxsa tale ilə bağlı olduğu mübahisələrdə əsas arqumentlərdən birinə çevrildi.
“Ədəbiyyat və incəsənət”
(23.07.2026)


