İspaniya-Argentina finalında möhtəşəm şou-proqram olacaq Featured

Kənan Məmmədli,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

İyulun 19-da dünya çempionatının İspaniya-Argentina finalının başlanğıcında  keçiriləcək şouda ulduzların möhtəşəm paradı nümayiş etdiriləcək.

Artıq media xəbər vermişdi ki, Madonna, BTS, Şakira, Castin Biber və daha bir neçə məşhur ifaçı dünya çempionatı finalının başlanğıcında tarixdə ilk dəfə təşkil olunacaq şouda çıxış edəcəklər. Lakin indi FIFA onsuz da maksimum dərəcədə amerikanlaşdırılmış bu nəhəng tədbiri daha möhtəşəm etmək üçün proqramı daha da genişləndirmək qərarına gəlib.

Tom Kruz “xüsusi görünüş” üçün proqrama daxil edilib. Bu, onun 2024-cü ildə Parisdə keçirilən Olimpiya Oyunlarının bağlanış mərasimindəki səs-küylü çıxışından sonra baş verir. Həmin mərasimdə aktyor stadionun damından kəndirlə enmiş və Olimpiya bayrağını Los-Anceles meri Karen Bassa təqdim etmişdi.

Hələlik futbol azarkeşlərinin “Mümkün olmayan missiya” film-franşizasının yorulmaz qəhrəmanından növbəti bir riskli hərəkət görüb-görməyəcəyi məlum deyil.

Bundan əlavə, “Emmy”, “Qremmi”, “Oskar” və “Toni” mükafatlarının sahibi, müğənni və aktrisa Cennifer Hadson ABŞ himnini səsləndirəcək. Laura Pausini, Robbi Uilyams, Nikol Şerzinger və YouTube ulduzu IShowSpeed də müxtəlif formatlarda səhnəyə çıxacaqlar.

2026-cı il futbol üzrə dünya çempionatının əməliyyat direktoru Haymo Şirgi Euvro-news-abildirib:

“Kanada, Meksika və ABŞ-dakı ən böyük arenada dünyanı salamlayan açılış mərasimlərinin ruhuna uyğun olaraq, bağlanış mərasimi 2026-cı il dünya çempionatının hekayəsini musiqi, mədəniyyət və futbol vasitəsilə tamamlayacaq. Daha sonra isə bu tarixi turnirin qalibini müəyyən edəcək çoxdan gözlənilən final matçına start veriləcək”..

FIFA əlavə edib ki, “stadiondakı azarkeşlər şounun fəal iştirakçıları olacaqlar” və onları stadiona daha tez gəlməyə çağırıb.

Xatırladaq ki final iyulun 19-u, bazar günü, Nyu-Cersi ştatının İst-Raderford şəhərində yerləşən MetLife stadionunda keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(18.07.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.