“Maraqlı söhbətlər”də evi, avtomobili, qulluqçusu olmayan dövlət rəhbəri Featured

Nemət Tahir,

“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Almanlar onu ölkəni idarə etmək üçün seçdilər və o, 18 il ərzində 80 milyondan çox almana öz bacarığı, fədakarlığı, qabiliyyəti, səmimiyyəti və işgüzarlığı ilə ilə xidmət etdi.

 

Bu 18 il ərzində ona qarşı heç bir hüquqi pozuntu və işində heç bir korrupsiya əməli qeydə alınmadı. Öz yaxın ətrafından,qohumlarından heç kimi dövlət işinə təyin etmədi. Şöhrət dalınca qaçmadı. Sonradan məsxərəyə çevrilən heç bir artıq söz danışmadı. Siyasi rəqiblərinə hörmətlə yanaşdı,onlara qarşı çirkin mübarizə aparmadı,onları təqib etmədi.

Onun nə maşını,nə yaxtaları, nə dəbdəbəli sarayları, nə də şəxsi modelyerləri olub. Yalnız nəsə yeni bir paltar lazım olanda, dərzi qadın Merkelin evinə gələrək müəyyən ölçüləri götürür və onun üçün yeni paltar tikərdi.

Gün ərzində 70-ə yaxın sms yazan Merkelin nə elektron poçtu, nə də noutbuku olub. Son zamanlarda isə yalnız iPad-ı olub. Onu da ki, xəbər saytlarını izləmək və birjada baş verənlərdən xəbər tutumaq üçün istifadə edirdi.

Angela Merkelin heç şəxsi mənzili də olmayıb. Kansler olduqdan sonra xidməti mənzilə köçməkdən imtina edən Angela Merkel Berlinin mərkəzində kirayə tutduğu mənzildə yaşayıb.

Mətbuat konfrasında jurnalistlərdən biri ona belə sual verib:

-Siz həmişə eyni paltar geyinirsiniz. Niyə?

-Mən alman xalqına xidmət edən dövlət qulluqçusuyam, fotomodel yox!, -deyə cavab verib.

Başqa bir jurnalistin:

-Evinizi təmizləyən, yemək bişirən və s. işlər üçün bir xadimə varmı?, -sualını isə belə cavablandırıb:

-Yox, onlara ehtiyacım yoxdur. Bu işləri ərim və mən hər gün görürük.

Digər bir journalist belə sual verib:

-Bəs paltarları kim yuyur-siz yoxsa əriniz?

-Birlikdə. Mən paltarları ayırıb yığıram, ərim isə maşını işlədir.

O vəzifəsindən gedərkən almanlar buna misilsiz reaksiya göstərdilər. Bütün insanlar balkonlara çıxıb 6 dəqiqə sürəkli alqışlarla onu yola saldılar. Həmin gün bütün Almaniya - sadə insanlardan tutmuş sənət adamlarına qədər hamı öz liderləri ilə ayrılırdılar.

Bəli, bu Angela Merkeldir. Dünya siyasətinə təsir edən, az qala bütün Avropanı çiyinlərində aparan, ”Dünya ledisi” adını alan Almaniyanın “dəmir frau”su.

 

“Ədəbiyyat və incəsənət”

(19.08.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.